Aqrar Universitetdə müasir ferma kompleksi tikilib

Aqrar Universitetdə müasir ferma kompleksi tikilib Ferma kompleksi yeni tədris ilindən istifadəyə veriləcək
ASK
11 Sentyabr , 2017 20:50
Aqrar Universitetdə müasir ferma kompleksi tikilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində müasir tipli ferma kompleksi tikilib. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, kompleks 20 baş mal-qara və 4 baş at saxlamaq üçün 2 fermadan, müasir sağım aparatlarından, yememalı aqreqatlarından, üzvi gübrə istehsalı üçün peyinin ilkin təmizlənməsi avadanlıqlarından ibarətdir. Ferma kompleksi yeni tədris ilindən istifadəyə veriləcək.

Kompleksin yaradılmasında məqsəd Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələrinə heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərini əyani şəkildə həyata keçirməyə imkan yaratmaqdır.

"Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi çərçivəsində yaradılan ferma lazım olan avadanlıq və ləvazimatlar, 20 baş iribuynuzlu mal-qara və 4 baş atla yanaşı, yem bazasının yaradılması üçün müasir avadanlıqlarla təmin olunub.

Son xəbərlər

Orphus sistemi