“Aqrar Tədarük və Təchizat”ın rəhbərliyi dəyişib

“Aqrar Tədarük və Təchizat”ın rəhbərliyi dəyişib Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat”ın (ATT) İdarə Həyətinin sədri Aqil Quliyev vəzifəsindən azad edilib.
ASK
28 May , 2024 15:15
“Aqrar Tədarük və Təchizat”ın rəhbərliyi dəyişib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat”ın (ATT) İdarə Həyətinin sədri Aqil Quliyev vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, səhmdar cəmiyyətinə rəhbərlik Samir Murquzova həvalə edilib.

“Aqrar Tədarük və Təchizat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon manatdır. Şirkətin missiyası aqrar məhsulların istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında rol oynamaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi