Kənd Təsərüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC çöl reklamlarının (monitor və scrollerlərin) hazırlanması və qurulması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
İddiaçılar ilkin sənədləri iyulun 7-nə qədər, tender təkliflərini isə iyulun 22-nə qədər ASC-nin səhmdar cəmiyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, 57 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs baş mütəxəssis Kazım Hüseynovdur. Telefon: (012) 599 86 74.
Təkliflərə iyulun 22-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec 6 ay ərzində təhvil verilməlidir.