“Aqrar Tədarük və Təchizat” auditor seçir

“Aqrar Tədarük və Təchizat” auditor seçir Şirkət ASC-nin 2020-ci il üzrə illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinin keçirəcək
ASK
4 Noyabr , 2020 16:26
“Aqrar Tədarük və Təchizat” auditor seçir

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC 2020-ci il üzrə illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinin keçirilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 26-sı saat 09:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 4-ü saat 11:00-a qədər qurumun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, 57 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun baş mütəxəssisi Kazım Hüseynovdur. Telefon: (012) 599-86-74.

Təkliflərə dekabrın 7-si saat 09:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec 1 il müddətində təhvil verilməlidir.

Son xəbərlər

Orphus sistemi