Aqrar Sığorta Fonduna təbiət hadisələrindən dəymiş zərərin ödənilməsi üçün 200-dən artıq müraciət daxil olub 

Aqrar Sığorta Fonduna təbiət hadisələrindən dəymiş zərərin ödənilməsi üçün 200-dən artıq müraciət daxil olub  Azərbaycanda 30-a yaxın rayon üzrə təsərrüfatları təbiət hadisələrindən zərər çəkmiş fermerlər dəymiş zərərin hesablanması və ödənilməsi üçün Aqrar Sığorta Fonduna 200-dən artıq müraciət daxil olub.
ASK
18 Aprel , 2023 15:10
Aqrar Sığorta Fonduna təbiət hadisələrindən dəymiş zərərin ödənilməsi üçün 200-dən artıq müraciət daxil olub 

Azərbaycanda 30-a yaxın rayon üzrə təsərrüfatları təbiət hadisələrindən zərər çəkmiş fermerlər dəymiş zərərin hesablanması və ödənilməsi üçün Aqrar Sığorta Fonduna 200-dən artıq müraciət daxil olub.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, son günlər respublika ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində bir çox rayonlarda güclü yağışlar, sel, subasma, külək, qasırğa, fırtına, temperaturun kəskin aşağı düşməsi, dolu yağması halları qeydə alınıb.

Aqrar Sığorta Fondundan bildirilib ki, baş verən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Hazırda ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar.

Bu hadisələr nəticəsində bəzi rayonlarda meyvə bağlarına, əkin sahələrinə ciddi zərər dəyib.

"Havaların qeyri-sabit keçməsi ilə əlaqədar sığortalı olmayan əkin sahələrinə, meyvə bağlarına da böyük zərər dəyib. Amma aqrar sığorta xidmətindən istifadə etmədiklərinə görə həmin sahələrin sahibləri zərərə görə kompensasiya ala bilməyəcəklər. Gələcəkdə belə halların baş verməməsi üçün əkin sahələrini vaxtında dövlət dəstəyi ilə və sərfəli şərtlərlə sığortalamaq tövsiyə olunur, bununla bağlı fermerlərə fond tərəfindən müraciətlər, çağırışlar da edilir. Fermerlər dövlət tərəfindən təqdim olunan bu dəstəyi dəyərləndirməyə dəvət edilir", - məlumatda bildirilir.

Qeyd edək ki, Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzi Ramazan bayramı ilə bağlı tətil günlərində də adi rejimdə çalışacaq və fermerlərin müraciətlərini qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi