Aqrar Sığorta Fondu pambıq istehsalçılarına müraciət edib

Aqrar Sığorta Fondu pambıq istehsalçılarına müraciət edib Aqrar Sığorta Fondu Azərbaycanda pambıq istehsalı ilə məşğul olan fermerlərə müraciət edib.
ASK
24 aprel 2025 12:05
Aqrar Sığorta Fondu pambıq istehsalçılarına müraciət edib

Aqrar Sığorta Fondu Azərbaycanda pambıq istehsalı ilə məşğul olan fermerlərə müraciət edib.

"Report" xəbər verir ki, müraciəti Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov keçirdiyi mətbuat konfransında səsləndirib.

"Artıq ölkədə pambıq əkininə başlanılıb. Fermerlərin imkanı var ki, may ayının ortalarına qədər əkinlərini sığortalasınlar", - deyə o qeyd edib.

Sədr əlavə edib ki, hazırda Azərbaycanda təxminən 110 min hektar ərazidə pambıq əkilir: "Bunun isə 30 min hektarı sığortalanır. Bu il artıq 15 min hektar pambıq əkilmiş ərazi sığortalanıb. Fermerlərimizə tövsiyyə edirik ki, dövlətin dəstək verdiyi bu mexanizmdən istifadə etsinlər. Təkcə ötən il leysan yağışlarının məhsul yığımından öncə pambıq qozalarına vurduğu zərər qarşılığında 800 min manat ödəniş həyata keçirmişik". 

Son xəbərlər

Orphus sistemi