Aqrar Sığorta Fondu bazar payını açıqlayıb

ASK
  • 14 fevral, 2022
  • 11:31
Aqrar Sığorta Fondu bazar payını açıqlayıb

2021-ci ildə Aqrar Sığorta Fondu aqrar sığorta bazarının inkişafının əsas drayverinə çevrilib – Fondun aqrar sığorta üzrə bazar payı 92%-ə çatıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə bütün ölkə üzrə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Bitkiçilik sığortası üzrə 6 milyon 172 min manat sığorta haqqı yığılıb. Bu – 2020-ci ildə bitkiçilik sığortası üzrə yığılan məbləğlə müqayisədə 674 dəfə artıqdır. Əkinlərə verilən aqrar sığorta təminatının ümumi məbləği 336 milyon manat təşkil edib.

Ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq, üzüm və fındıq sahələri olub.

Ötən il Aqrar Sığorta Fondu 18 836 baş heyvanı sığortalayıb, toplanmış sığorta haqqının məbləği 5 milyon 89 min manat təşkil edib. Bu – 2020-ci illə müqayisədə 213% artıqdır. Heyvandarlıq sığortası üzrə verilən sığorta təminatının həmci 59 milyon manata yüksəlib.

2021-ci ildə aqrar sığorta üzrə 152 min manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 29 min manatı bitkiçilik, 123 min manatı heyvandarlıq sığortası üzrə edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti