“Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə” dəyişib

“Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə” dəyişib Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 23 iyul 2015-ci il tarixli fərmanında dəyişiklik edib.
ASK
25 Fevral , 2022 16:10
“Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə” dəyişib

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 23 iyul 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin sədri müavinləri və qurumun struktur bölmə rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini nazirliklə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır və onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tədbirləri tətbiq edir, işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür. 

Son xəbərlər

Orphus sistemi