Prezident Aqrar Kredit və İnkişaf Agentliyinə 20 milyon manat ayırıb

Prezident Aqrar Kredit və İnkişaf Agentliyinə 20 milyon manat ayırıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
ASK
24 İyul , 2020 11:56
Prezident Aqrar Kredit və İnkişaf Agentliyinə 20 milyon manat ayırıb
0 : 00
0 : 00

İyulun 24-də Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi