Aqrar Kredit və İnkişaf Agentliyi ötən il 310 milyon manat subsidiya ödəyib

Aqrar Kredit və İnkişaf Agentliyi ötən il 310 milyon manat subsidiya ödəyib 2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 10 müxtəlif istiqamət üzrə 310 milyon manat subsidiya ödəyib.
ASK
108
27 Yanvar , 2022 10:45
Aqrar Kredit və İnkişaf Agentliyi ötən il 310 milyon manat subsidiya ödəyib

2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 10 müxtəlif istiqamət üzrə 310 milyon manat subsidiya ödəyib.

"Report" xəbər verir ki, bunu Agentliyin sədr müavini Leyla Məmmədova Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Agri-Vision” layihəsi çərçivəsində təşkil olunmuş “Aqro-Turizm İnvestisiya Forumu”unda bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il rəhbərlik etdiyi qurum müxtəlif istiqamətlərdə istehsalını genişləndirmək istəyən kənd təsərrüfatı obyektlərinin sahiblərinə 70 milyon manatdan çox aşağı faizli mikro kredit ayırıb.

“Digər fəaliyyət istiqamətimiz isə kənd yerlərində həyatın daha yaxşılaşdırılması üçün müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə birgə layihələrin reallaşdırılmasıdır. Bizim üçün xüsusilə aqrar turizmin inkişafı prioritetdir”, - deyə L.Məmmədova qeyd edib.

Son xəbərlər

Orphus sistemi