Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib Müraciətdə yazlıq və çoxillik əkinlər üçün subsidiya almaq istəyən fermerlərə əkin bəyanlarının qəbulu prosesinin mayın 31-də başa çatacağı deyilir
ASK
118
25 May , 2021 15:05
Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, müraciətdə yazlıq və çoxillik əkinlər üçün subsidiya almaq istəyən fermerlərə əkin bəyanlarının qəbulu prosesinin mayın 31-də başa çatacağı ilə bağlı xəbərdarlıq edilir.

Əkin bəyanları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (eagro.az) hər bir fermer üçün açılmış şəxsi kabinetlərdən təqdim edilir.

Göstərilən müddətə qədər fermerlər real əkinlərinə uyğun şəkildə düzgün bəyan təqdim etməlidirlər. Əkin bəyanlarını vaxtında təqdim etməyən fermerlər subsidiya ödənişlərindən kənarda qalacaqlar.

Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi