Aqrar Kredit və İnkişaf Agentliyi borclu fermerləri məhkəməyə verəcək

Aqrar Kredit və İnkişaf Agentliyi borclu fermerləri məhkəməyə verəcək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) lizinq portfelinin yığımı üçün və qurumun digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və respublikanın müxtəlif bölgələrində məhkəmə-hüquq xidmətləri satın alır.
ASK
18 mart 2025 11:52
Aqrar Kredit və İnkişaf Agentliyi borclu fermerləri məhkəməyə verəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) onunla bağladığı lizinq müqaviləsi üzrə öhdəliyinə əməl etməyə fermerləri məhkəməyə verməyə hazırlaşır.

"Report" xəbər verir ki, agentlik lizinq portfelinin yığımı və digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və məhkəmə-hüquq xidmətləri satın alır.

Söhbət Müvəkkil Kredit Təşkilatlarına və lizinqalanlara, Agentlik qarşısında öhdəliyi olan şəxlərə qarşı məhkəmələrdə iddialar qaldırılması, cinayət işi üzrə, məhkəmə nəzarəti qaydasında baxılan işlər üzrə, inzibati xətalara dair işlər üzrə, inzibati işlər üzrə, Agentliyə qarşı qaldırılan iddialar və ya Agentliyin 3-cü şəxs qismində cəlb edildiyi işlər üzrə müdafiə, qəbul edilmiş məhkəmə aktlarından apelyasiya, kassasiya ya konstitusiya şikayətlərinin verilməsi və ya qarşı tərəfin verdiyi apelyasiya və yaxud kassasiya şikayətləri üzrə müdafiə xidmətlərindən gedir.

250 iş üzrə alınacaq xidmətlərə 300 min manat xərclənməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi