Ölkədə gübrə təminatında problem olacaqmı?

Ölkədə gübrə təminatında problem olacaqmı? “Bu ilin birinci rübü ərzində təchizatçı şirkətlər tərəfindən fermerlərə 72 min ton gübrə satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz çoxdur”.
ASK
18 Aprel , 2020 15:53
Ölkədə gübrə təminatında problem olacaqmı?

“Bu ilin birinci rübü ərzində təchizatçı şirkətlər tərəfindən fermerlərə 72 min ton gübrə satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz çoxdur”.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə ölkədə gübrə təminatının azalması ilə bağlı yaranmış suallara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu dövr ərzində 65 min ton gübrə idxal edilib, həmçinin 17,2 min ton gübrə Azərbaycanda fəaliyyət göstərən karbamid zavodu tərəfindən təmin olunub: “Elektron İnformasiya Sistemində gübrə təminatı ilə məşğul olan 85 nəfər hüquqi və fiziki şəxs qeydiyyatdan keçib. Gübrə təchizatçılarının anbarlarında 80 min tondan çox mineral gübrə qalığı var. Mövsümün növbəti mərhələsi üçün tədarük edilib hazır saxlanılır”.

Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 41,29 min ton həcmində azot gübrəsi ixrac edib.

Son xəbərlər

Orphus sistemi