Almaniya Azərbaycana toxumluq kartof ixracını kəskin artırıb
- 24 iyun, 2022
- 07:13
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən 4,135 milyon ABŞ dolları dəyərində 10 min 004 ton toxumluq kartof gətirilib.
“Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 94,4 %, kəmiyyət olaraq – 93 % çoxdur.
Hesabat dövründə Gürcüstandan 1,787 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,6 dəfə artıb) 5 min 415 ton (+4,6 dəfə), Almaniyadan 955,08 min ABŞ dolları dəyərində (+3 dəfə) 970,84 ton (+3,2 dəfə), Ukraynadan 515,39 min ABŞ dolları dəyərində 1 min 561 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 379,51 min ABŞ dolları dəyərində (-43,1 %) 1 min 149 ton (-43 %), Niderlanddan 228,69 min ABŞ dolları dəyərində (+27 %) 231,35 ton (+21 %) məhsul alınıb.
Qeyd edək ki, ötən il xaricdən (8 ölkədən) aldığımız 32,1 min ton toxumluq kartofun 82 %-i Rusiyanın payına düşüb.