Almaniya Azərbaycana qarğıdalı tədarükünü bərpa edib
- 09 fevral, 2022
- 13:22
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 9 milyon 849,67 min ABŞ dolları dəyərində 22 min 483,43 ton qarğıdalı (o cümlədən toxumluq) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 27,74 %, kəmiyyət olaraq – 50,9 % azadır.
Azərbaycana Rusiyadan 4 milyon 488,29 min ABŞ dolları dəyərində 20 min 614,02 ton, Türkiyədən 2 milyon 477,89 min ABŞ dolları dəyərində 651,06 ton, İtaliyadan 809,07 min ABŞ dolları dəyərində 158,1 ton, Serbiyadan 596,14 min ABŞ dolları dəyərində 132,07 ton, Argentinadan 384,88 min ABŞ dolları dəyərində 546,8 ton məhsul gətirilib.
2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 43,88 % və 52,14 % azalıb, Türkiyədən – 7,12 % və 23,86 % azalıb, İtaliyadan – 21,13 % və 22,9 % artıb, Serbiyadan – 13,86 % artıb və 15,28 % azalıb, Argentinadan – 47,45 % və 53,25 % azalıb. Üç il 9 aylıq fasilənin ardından Almaniyadan tədarük bərpa edilib. Bu ölkədən 156,02 min ABŞ dolları dəyərində 30,7 ton qarğıdalı alınıb.
Hesabat dövründə Azərbaycan 2 milyon 630,17 min ABŞ dolları dəyərində 11 min 663,02 ton qarğıdalı ixrac edib. Bunun 1 milyon 343,31 min ABŞ dolları dəyərində 6 min 625,43 tonu İraqa, 1 milyon 126,08 min ABŞ dolları dəyərində 4 min 307,7 tonu İrana, 160,78 min ABŞ dolları dəyərində 729,89 tonu Türkiyəyə göndərilib. 2020-ci ildə Azərbaycan xaricə qarğıdalı tədarük etməyib.