Almaniya Azərbaycana iribuynuzlu qaramal ixracını 10 dəfədən çox artırıb

ASK
  • 26 may, 2022
  • 13:15
Almaniya Azərbaycana iribuynuzlu qaramal ixracını 10 dəfədən çox artırıb

2022-ci ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 3,76 milyon ABŞ dolları dəyərində 1 min 222 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 81 %, kəmiyyət olaraq – 94,3 % artıb.

Hesabat dövründə Estoniyadan 1,35 milyon ABŞ dolları dəyərində 425 ədəd, Avstriyadan 998,04 min ABŞ dolları dəyərində 313 ədəd, Almaniyadan 937,93 min ABŞ dolları dəyərində 332 ədəd, Macarıstandan 287,95 min ABŞ dolları dəyərində 99 ədəd, Çexiyadan 117,82 min ABŞ dolları dəyərində 31 ədəd, Türkiyədən 66 min ABŞ dolları dəyərində 22 ədəd iribuynuzlu ev heyvanı alınıb.

Ötən ilin ilk 3 ayının göstəriciləri ilə müqayisədə Avstriyadan idxal müvafiq olaraq 1,7 % və 4,7 % artıb, Almaniyadan – 11 dəfə və 10,7 dəfə artıb, Çexiyadan – 18,3 % artıb və dəyişməyib, Türkiyədən – 10,7 dəfə və 9 dəfə azalıb. Bir il əvvəl Estoniyadan və Macarıstandan tədarük olmayıb.

Qeyd edək ki, ötən il ölkəyə xaricdən (7 ölkə) gətirilən 5 min 190 ədəd iribuynuzlu ev heyvanının (düyə, inək və digərləri) 50,8 %-i Avstriyanın, 33,4 %-i Almaniyanın payına düşüb.