Aleksandr Malov: “Azərbaycan bazarında Qazaxıstan taxılının ixrac payını artırmaq istəyirik”

Aleksandr Malov: “Azərbaycan bazarında Qazaxıstan taxılının ixrac payını artırmaq istəyirik” “Qazaxıstan taxılının ənənəvi alıcıları Orta Asiya ölkələri olsalar da, biz Azərbaycan və Tükiyə kimi bazarlarda da öz ixrac payımızı artıqmaq istəyirik”
ASK
5 Oktyabr , 2022 14:38
Aleksandr Malov: “Azərbaycan bazarında Qazaxıstan taxılının ixrac payını artırmaq istəyirik”

“Qazaxıstan taxılının ənənəvi alıcıları Orta Asiya ölkələri olsalar da, biz Azərbaycan və Tükiyə kimi bazarlarda da öz ixrac payımızı artırmaq istəyirik”

Bunu “Report”a açıqlamasında Bakıda keçirilən “Global Grain Outlook 2022” adlı XII Beynəlxalq Taxıl Ticarət Konfransının iştirakçısı olan Qazaxıstan Taxıl İttifaqının Ticarət Komitəsinin rəhbəri Aleksandr Malov deyib.

Onun sözlərinə görə, hazırda Qazaxıstan bu istiqamətdə müəyyən işlər həyata keçirir.

“Oktyabr ayından etibarən Azərbaycana göndəriləcək taxılın yüklənilməsinə başlamışıq. Fikrimizcə, Qazaxıstan taxılı yerli bazarda məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. Belə ki, biz məhsulumuzun yüksək keyfiyyətinə təminat veririk. Biz, həmçinin Azərbaycan bazarına hazır un da ixrac edə bilərik” – deyə Malov bildirib.

O, Türkiyəni də əlavə bazar kimi gördüklərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi