AKİA-nın xətti ilə ötən il 48 milyon manata yaxın güzəştli kredit verilib

AKİA-nın xətti ilə ötən il 48 milyon manata yaxın güzəştli kredit verilib 3 418 hüquqi və fiziki şəxsə 34,426 milyon manat məbləğində təminatlı mikrokreditlər ayrılıb
ASK
3 Mart , 2021 16:19
AKİA-nın xətti ilə ötən il 48 milyon manata yaxın güzəştli kredit verilib

2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitindən istifadə üzrə müvəkkil kredit təşkilatları vasitəsilə aqrar sahədə çalışan 4 034 hüquqi və fiziki şəxsə 47,653 milyon manat məbləğində güzəştli kredit verilib.

Report“ xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənədə əsasən, o cümlədən 3 418 hüquqi və fiziki şəxsə 34,426 milyon manat məbləğində təminatlı mikrokreditlər ayrılıb. Kreditlər əsasən heyvandarlıq, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatlarının inkişafı sahələrinə yönəldilib.

Eyni zamanda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə 2 993 sayda müraciətə 37,311 milyon manat kredit və 73,617 milyon manat güzəşt məbləği ayrılıb. Ayrılmış vəsait hesabına 7 259 sayda texnikanın alışı maliyyələşdirilib. Həmin texnikaların 39 ədədi kombayn, 1 102 ədədi traktor, 159 ədədi suvarma sistemləri, 5 959 ədədi isə asılan, qoşulan və digər kənd təsərrüfatı texnikasından ibarətdir.

Son xəbərlər

Orphus sistemi