Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, sistem Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqının (Aİ) dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Sistem aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.
Sentyabrın 5-də Bakı Biznes Mərkəzində beynəlxalq təşkilatların, nazirliklərin, kredit təşkilatlarının və fermer nümayəndələrinin iştirakı ilə yeni sistem təqdim olunacaq.