ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir Bu məqsədlə bu gün Kənd Təsərrüfatı Nazirliyində görüş keçirilib
ASK
18 Oktyabr , 2017 16:31
ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ABŞ-ın “Argus Ltd. USA”, “Lindsay” və “WCC International” şirkətlərinin Bakıda səfərdə olan nümayəndələri ilə görüşüb. Görüşdə məqsəd Azərbaycanla ABŞ şirkətləri arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, S.Talıbov iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edərək ABŞ hökuməti tərəfindən Zona Baytarlıq Laboratoriyalarının müasir avadanlıqlarla təmin edildiyini, Azərbaycan Dövlət Aqrar Universitetinin İllinoys Universiteti ilə sıx əlaqələrinin olduğunu qeyd edib.

Nazir müavini ABŞ-ın “John Deere” şirkəti ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, ADAU-da şirkətin fəaliyyəti üçün xüsusi otaqların ayrıldığını, servis xidmətinin yaradıldığını, texnika üçün kadr hazırlığı və kadrların təcrübə keçməsi üçün şirkət tərəfindən dəstək verildiyini qeyd edərək Şirkətin istehsal etdiyi kombaynları yüksək qiymətləndirib və gələcəkdə də bu şirkətlə əməkdaşlığa önəm veriləcəyini bildirib.

Strateji Yol Xəritəsində nəzərədə tutulmuş əsas hədəflər barədə məlumat verən S.Talıbov şoranlıq torpaqların dövriyyəyə qaytarılması, orqanik məhsulların istehsalı, o cümlədən ABŞ təcrübəsindən istifadə etməklə Nazirliyin bölgələrdəki sınaq təcrübə stansiyalarında nümunəvi əkinlərin həyata keçirilməsi və fermerlərə nümayiş etdirilməsini məqsədəmüvafiq hesab edib.

Şirkət rəhbərləri Azərbaycanda orqanik məhsulların yetişdirilməsi, bunun üçün ölkədə potensial imkanların olduğunu, suvarma sistemlərinin yaradılmasında maraqlı olduqlarını bildiriblər.

Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi