Yuxarı

ABŞ istehlakçıları arasında Azərbaycan şərablarına maraq artır

Baltimorda keçirilmiş şərab sərgisində Azərbaycan şərabları nümayiş etdirilib

Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ-ın Merilend ştatının ən böyük şəhərlərindən olan Baltimorda yerləşən Dünya Ticarət Mərkəzində keçirilmiş şərab sərgisində Azərbaycan şərabları nümayiş etdirilib. 

Dünya Ticarət Mərkəzi İnstitutu tərəfindən təşkil edilmiş bu tədbirdə Azərbaycanla yanaşı, dünyaca məşhur şərab istehsalçıları kimi tanınan Fransa, İtaliya və Argentinanın məhsulları nümayiş olunub. Bundan əlavə, Braziliya, Bolqarıstan və yerli Merilend şərabları sərgilənib.

Tədbirdə 200-dən çox nümayəndə, o cümlədən Merilend ştatının nəqliyyat, kommersiya və kənd təsərrüfatı departamentlərinin rəsmiləri, ABŞ-da akkreditə olunmuş diplomatik missiya təmsilçiləri, eləcə də şərabçılıq məmulatları üzrə ekspertlər, distributorlar, beynəlxalq ticarət üzrə mütəxəssislər iştirak ediblər. Azərbaycan stendinin qonaqları ölkəmizin istehsalı olan şərablara böyük maraq göstərib və yüksək qiymət veriblər. Bu sərgi Azərbaycan şərablarına Amerika istehlakçıları arasında artan marağın bariz göstəricisidir.

Qonaqlara, həmçinin Azərbaycanın iqtisadi potensialı, o cümlədən ölkəmizdən keçən beynəlxalq nəqliyyat şəbəkəsi, genişlənən turizm imkanları, eləcə də milli mətbəximizə dair arayış təqdim edilib, broşürlər paylanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi