ABŞ-dan Azərbaycana orqanik gübrə idxalı bərpa edilib
- 04 noyabr, 2022
- 12:45
2022-ci ilin ilk 8 ayı ərzində Azərbaycan xaricdən 1,346 milyon ABŞ dolları dəyərində 675,51 ton heyvan və bitki mənşəli gübrə alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23 % çoxdur, kəmiyyət olaraq – 25,3 % azdır.
Türkiyədən 721,85 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,5 % azdır) 529,61 ton (-35,5 %), İtaliyadan 331,41 min ABŞ dolları dəyərində (+37 %) 39,01 ton (+50 %), İspaniyadan 88,91 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 38,01 ton (+91 %), Litvadan 57,12 min ABŞ dolları dəyərində 19,28 ton (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 29,83 min ABŞ dolları dəyərində (+7,5 dəfə) 0,31 ton (-88,1 %) məhsul alınıb.
Üç il 4 aylıq fasilədən sonra Amerika Birləşmiş Ştatlarından (ABŞ) tədarük bərpa edilib. Həmin ölkədən 16,79 min ABŞ dolları dəyərində 1,1 ton gübrə gətirilib.
Hesabat dövründə (bir il əvvəl də olduğu kimi ancaq Gürcüstana) Azərbaycan 592,8 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 3 min 120 ton (+26,2 %) heyvan və bitki mənşəli gübrə ixrac edib.