ABŞ-da krevet idxalı 45 illik maksimuma çatıb

ABŞ-da krevet idxalı 45 illik maksimuma çatıb Birləşmiş Ştatlar cari ilin birinci yarısında 286 min ton krevet alıb
ASK
9 Avqust , 2017 20:33
ABŞ-da krevet idxalı 45 illik maksimuma çatıb

Bakı. 9 avqust.REPORT.AZ/ ABŞ cari ilin birinci yarısında 286 min ton krevet idxal edib. 

"Report"un "Gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, bu, ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin hesabatında deyilir.

Bununla da ABŞ-da krevet idxalı 45 illik maksimuma çatıb.

Qeyd edək ki, 1970-ci illərin əvvəlində krevet idxalı iki rüb ərzində 50 min tondan daha az olub. Mütəxəssislər idxal həcminin bu qədər artmasını ABŞ-da müşahidə edilən qasırğaların sayının çoxalması və Meksika körfəzinə neftin dağılması ilə əlaqələndirirlər.

İdarənin məlumatına görə, Meksika körfəzində amerikalı balıqçıların balıq ovu qəza baş vermiş ərazidə 10 ildən sonra təxminən 60% təşkil edir.  

Son xəbərlər

Orphus sistemi