Azərbaycan və Türkmənistan bitki karantini sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Türkmənistan bitki karantini sahəsində əməkdaşlığı genişləndirir Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan və Türkmənistan ticarət əlaqələrinin inkişafı və kommersiya müqavilələrinin həyata keçirildiyi zaman öz ərazilərini karantin tətbiq olunan zərərli orqanizmlərin daxil olmasından və yayılmasından qarşılıqlı olaraq qorumaqda razılığa gəliblər.
ASK
15 Dekabr , 2017 11:46
Azərbaycan və Türkmənistan bitki karantini sahəsində əməkdaşlığı genişləndirir
Report

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan və Türkmənistan ticarət əlaqələrinin inkişafı və kommersiya müqavilələrinin həyata keçirildiyi zaman öz ərazilərini karantin tətbiq olunan zərərli orqanizmlərin daxil olmasından və yayılmasından qarşılıqlı olaraq qorumaqda razılığa gəliblər.

"Report"un verdiyi xəbərə görə, "Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi bu gün Milli Məclisiin Aqrar siyasəti Komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyyə olunub.

Azərbaycan və Türkmənistan beynəlxalq fitosanitar və ya təkrar ixracat fitosanitar sertifikatları verilən karantin nəzarətində olan məhsulların, materialların və obyektlərin qarşılıqlı razılaşdırılmış siyahısını mübadilə edəcəklər. Tərəflərin səlahiyyətli orqanları karantin tətbiq olunan zərərli orqanizmlərin siyahılarına gələcəkdə əlavə və dəyişiklik edə bilərlər.

Qeyd edək ki, saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Son xəbərlər

Orphus sistemi