Yuxarı
    Bağlamaq

    Yeni ilin əvvəlində Azərbaycanda dollar ucuzlaşa bilər - PROQNOZ

    Dolların ucuzlaşmasına qlobal iqtisadi artım tempinin yüksəlməsi yardım edəcək

    Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda 2018-ci ilin ilk rübündə ABŞ dollarına cari tələbatın xeyli azalacağı və məzənnənin enəcəyi gözlənilir. "Report"un analitik qrupu bildirir ki, neft qiymətlərinin son 2,5 ilin maksimal həddinə - 67 dollar/barelə çatmasına baxmayaraq, Azərbaycanda dollara tələbin artması ilin sonu ilə əlaqədar maliyyə təşkilatlarının valyutada açıq mövqelərini bağlaması və idxalın mövsümi səbəblərdən artması ilə bağlıdır.

    Analitik qrup 2018-ci ilin ilk rübündə ənənəvi olaraq idxalın azalacağını, nəticədə, dollara tələbin xeyli aşağı düşəcəyini proqnozlaşdırır: "İlin ilk rübündə qlobal neft bazarında qiymətlərin 60 dollar/bareldən yuxarı həddə sabitləşməsi durumunda Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,65-1,67 AZN/USD-yə qədər geriləməsi, nağd valyuta bazarında isə məzənnənin daha da aşağı düşməsi mümkündür".

    "Lakin qeyd etmək lazımdır ki, cari ilin III rübündə Azərbaycanın tədiyyə balansı əvvəlki rüblə müqayisədə 88 dəfə azalaraq 11 mln. dollara enib. Bu azalma, dolların məzənnəsinin həddindən artıq ucuzlaşmasına mane olacaq. Həmçinin, qlobal bazarda neftin yenidən ucuzlaşması başlayarsa, o zaman dolların məzənnəsi yenidən 1,70 AZN/USD və hətta daha yuxarı səviyyəyə yüksələ bilər. Qlobal iqtisadiyyatda hər hansı bir gözlənilməz hadisənin baş verməməsi durumunda, 2018-ci ildə ciddi iqtisadi artım proqnozlaşdırılır. Bu da öz növbəsində neftə tələbatı artıraraq qiymətlərin yüksək səviyyədə qalmasını təmin edəcək", - deyə analitiklər əlavə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi