Tikinti materialları bazarında son qiymətlər - ARAŞDIRMA

Tikinti materialları bazarında son qiymətlər - ARAŞDIRMA Report tikinti materialları bazarındakı son qiymətləri araşdırıb.
Analitika
3 Dekabr , 2019 17:53
Tikinti materialları bazarında son qiymətlər - ARAŞDIRMA

"Report" tikinti materialları bazarındakı son qiymətləri araşdırıb.

Beləliklə, 2 dekabr tarixinə "Dərnəgül" tikinti materialları bazarı və “Papanin” körpüsü ətrafında mövcud olan daş bazarında parametrlərindən asılı olaraq, armatur, taxta, dikt, DSP, şifer, mismar, qum, alçıpan, plastmas boru, şüşə, sement, daş və kərpicin qiymətləri (manatla) araşdırılıb.

Daha ətraflı məlumat aşağıdakı infoqrafikada əks olunub:

Qeyd edək ki, son günlər tikinti materialları bazarında ən mühüm dəyişiklik taxtanın qiymətində öz əksini tapıb. Ölkədə fəaliyyət göstərən qiymətləndirmə şirkətinin "VECON CONSULTING" MMC-nin baş mütəxəssisi Tural Bağırovun bildirdiyinə görə, taxtanın qiymətində, təqribən, 5%-ə yaxın azalma qeydə alınıb. Bunun da səbəbi havaların soyuması ilə əlaqədar tikintilərin azalmasıdır. Ona görə də satıcılar taxtanın qiymətini nisbətən endiriblər. Digər tikinti materiallarının satışında isə əhəmiyyətli qiymət dəyişikliyi müşahidə olunmur, - T.Bağırov bildirib.

Son xəbərlər

Orphus sistemi