Son on altı ildə OPEC kvotalara 97% əməl etməyib

Son on altı ildə OPEC kvotalara 97% əməl etməyib Rusiya ekspertləri: "OPEC-in hasilatı azatması ehtimalı sıfıra yaxındır"
Analitika
1 Dekabr , 2016 20:57
Son on altı ildə OPEC kvotalara 97% əməl etməyib

Bakı. 1 dekabr. REPORT.AZ/ Vyanada OPEC neft hasilatçısı ölkələrin məcmu hasilatı 1,2 mln. barel/gün azaltması istiqamətində razılaşma əldə olunub.

"Report" "Expert.ru" saytına istinadən xəbər verir ki, OPEC üzvü olmayan ölkələrin hasilatı isə 600 min barel/gün azaldacağı gözlənilir. Belə ki, Səudiyyə Ərəbistanının hasilatı 0,47 mln. barel/gün, İraqın 0,21 mln. barel/gün azaldacağı, İranın isə 90 min abrel/gün artıraraq 3,797 mln. barel/günə çatdırması və bu səviyyədə donduracağı bildirilib. Liviya və Nigeriyanın isə hasilatı azaltmayaraq indiki səviyyədə saxlayacağı razılaşdırılıb.

Rusiyanın "Promsvyazbank"ın analitikləri hesab edirlər ki, OPEC-in hasilatı azatması ehtimalı sıfıra yaxındır. Belə ki, 2000-2016-cı illər arasında OPEC 180 ayın yalnız 5-də hasilatı razılaşdırılmış kvotalara uyğun həyata keçirib. Başqa sözlə, OPEC üzvləri vədlərinə 97% əməl etməyib. Üstəlik, 2009-2012-ci illərdə hasilat kvotanı 3 mln. barel/gün və ya 12%, 2007-ci ildə isə 4 mln. barel üstələyib.

Son xəbərlər

Orphus sistemi