Türkiyəli analitik: "Ermənistan Qərbi Azərbaycan torpaqlarında işğalçılıq siyasəti yürüdür"

Türkiyəli analitik: "Ermənistan Qərbi Azərbaycan torpaqlarında işğalçılıq siyasəti yürüdür" "Ermənistan son 200 ildir "Böyük Ermənistan" xəyalı ilə özünü ovundurur. O zamanlar da istər Osmanlı dövlətində, istərsə də İranda indi olduğu kimi Ermənistanı təhrik edən dairələr mövcud idi. Nəticə etibarilə Rusiya Çarlığının dəstəyilə Osmanlıdan və İra
Analitika
15 İyul , 2021 17:04
Türkiyəli analitik: Ermənistan Qərbi Azərbaycan torpaqlarında işğalçılıq siyasəti yürüdür

"Ermənistan son 200 ildir "Böyük Ermənistan" xəyalı ilə özünü ovundurur. O zamanlar da istər Osmanlı dövlətində, istərsə də İranda indi olduğu kimi Ermənistanı təhrik edən dairələr mövcud idi. Nəticə etibarilə Rusiya Çarlığının dəstəyilə Osmanlıdan və İrandan köçürülən ermənilərin hesabına bugünkü Ermənistan təşkil olundu".

Bunu "Report"a açıqlamasında "İpək Yolu Strateji Araşdırmalar Mərkəzi"nin İdarə Heyətinin sədri, siyasi analitik Seyfullah Türkoy bildirib.

O vurğulayıb ki, əslində, hazırkı Ermənistan dövlətinin ərazisi də vaxtilə 75-80 %-i azərbaycanlılardan ibarət olan Qərbi Azərbaycan bölgəsidir:

"Bildiyimiz kimi, Qərbi Azərbaycana daxil olan Göyçə, Amasiya və Ağbaba mahallarında türk məzarları, məscidlər və ibadətgahlar mövcud olub. Bu səbəbdən Ermənistan təkcə Qarabağda işğalçılıq siyasəti aparmayıb, eyni siyasəti həm də Bütöv Azərbaycanın önəmli hissəsi olan Qərbi Azərbaycanda da yürütməkdədir. Bu gün Ermənistan Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsindən sarsılıb. Onların ümid bəslədiyi dairələr, dövlətlər və diasporlar Azərbaycanın haqq davasındakı misilsiz qələbəsinə kölgə sala bilmədi".

Politoloq indiki halda Ermənistanın sülh müqaviləsinin bağlanması üçün təşəbbüs göstərəcəyini düşünmədiyini bildirib. O əlavə edib ki, çünki onların hələ də "reallaşdırmağı" planladıqları hədəfləri var.

S.Türksoyun sözlərinə görə, hazırkı Ermənistan rəhbərliyinin sülhə getməsi onların daxildəki vəziyyəti bir qədər gərginləşə bilər:

"Ermənistan ictimaiyyətinin müəyyən kəsimində hələ də mənasız revanşist duyğular oyanıqdır. Ancaq Ermənistanın dünya birliyində layiqli şəkildə təmsil olunması üçün alternativ variantı yoxdur. Burada Azərbaycanın üzərinə düşən məsələ region dövlətləri ilə iqtisadi, strateji tərəfdaşlığı daha da gücləndirmək, Türkiyə ilə əməkdaşlığı daha da dərinləşdirməkdir. Mən Ermənistanın və onun havadarlarının qeyd etdiyimiz çirkin planlarının qarşısındakı ən böyük maneə kimi "Şuşa Bəyannaməsi"ni qeyd edə bilərəm. "Şuşa Bəyannaməsi"ni gələcəkdə baş verəcək hər-hansı siyasi, hərbi hücumlara qarşı güclü immunitet kimi qiymətləndirirəm".

"Hüquqi baxımdan isə BMT-nin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və Azərbaycanın regionda həyata keçirdiyi iqtisadi layihələri beynəlxalq hüquq çərçivəsində reallaşdırması olduqca müsbət nəticələr doğurmaqdadır. Bu mənada Azərbaycanın iqtisadi, siyasi, strateji, diplomatik həmlələri olduqca diplomatikdir. Zaman keçdikcə Azərbaycan Qarabağdakı və regiondakı varlığını və tam hüquqa malik olduğunu Ermənistan daxil olmaqla bütün dünya ictimaiyyəti birmənalı şəkildə qəbul edəcək. Məhz bu kontekstdə Ermənistanın sülh müqaviləsi bağlamaqdan imtina etməsinin yaxud danışıqlara qeyri-konstruktiv yanaşmasının elə də anlamı qalmayacaq" - deyə, siyasi analitik Seyfullah Türkoy qeyd edib.

Son xəbərlər

Orphus sistemi