Serj Sarqsyanın baş nazir olması - Ermənistanın cinayətlərinin davamı - ŞƏRH

Serj Sarqsyanın baş nazir olması - Ermənistanın cinayətlərinin davamı - ŞƏRH Bakı. 17 aprel. REPORT.AZ/ Yerevanda etiraz aksiyası keçirilir. Bunu dünyanın bəzi kütləvi informasiya vasitələri “Maydan hərəkatı” da adlandırırlar. Əlbəttə, Ermənistanda baş verənlərin görünən tərəflərinə baxsaq, belə qənaətə gəlmək mümkündür. Hətta belə bir qənaətlə ölkədə Qərblə Rusiyanın mübarizəsinin getdiyini də güman etmək olar. Ancaq keçmiş SSRİ vətəndaşlarının eyni siyasi-sosial psixoloji mühitdən çıxdığını nəzərə alsaq, Ermənistanda qeyri-adi hadisənin baş vermədiyi qənaətinə gələ bilərik. Bu ölkədə prezidentdən tutmuş bütün mühüm dövlət postlarınadək Moskvanın nəzarəti altındadır. Yeri gəlmişkən, Ukraynada dövlətin əsas postlarına kremlyönlülər nəzarət edirdi. Bu baxımdan, 5 il əvvəl Ukraynada baş verən “Maydan hərəkat”ı ilk növbədə dövlət strukturunun rusiyayönlülərdən xilas edilməsinə təkan verdi. Krımın ilhaqı, Ukraynanın şərqində baş verənlər Moskvanın asılılığından və ya idarəçiliyindən qurtuluşa qarşı yaradılan maneələr və ya bu prosesin acı nəticələridir. Ermənistanda isə belə bir prosesin getməsi inandırıcı deyil. Bunun üçün Ermənistanın şərti müxalifətinə və hakimiyyətinə nəzər salaq. Serj Sarqysan birmənalı olaraq, Kremlin yetirməsi və onun adamıdır. Bunu onun ömür yolu da təsdiqləyir. Deməli, indiki qarışıq məqamda Rusiya üçün Serj Sarqsyandan etibarlısı yoxdur. Yenisinin bu səviyyəyə gətirilməsi üçün Moskvanın nə vaxtı, nə də imkanı var.
Analitika
17 Aprel , 2018 17:39
Serj Sarqsyanın baş nazir olması - Ermənistanın cinayətlərinin davamı - ŞƏRH

Bakı. 17 aprel. REPORT.AZ/ Yerevanda etiraz aksiyası keçirilir. Bunu dünyanın bəzi kütləvi informasiya vasitələri “Maydan hərəkatı” da adlandırırlar. Əlbəttə, Ermənistanda baş verənlərin görünən tərəflərinə baxsaq, belə qənaətə gəlmək mümkündür. Hətta belə bir qənaətlə ölkədə Qərblə Rusiyanın mübarizəsinin getdiyini də güman etmək olar. Ancaq keçmiş SSRİ vətəndaşlarının eyni siyasi-sosial psixoloji mühitdən çıxdığını nəzərə alsaq, Ermənistanda qeyri-adi hadisənin baş vermədiyi qənaətinə gələ bilərik. Bu ölkədə prezidentdən tutmuş bütün mühüm dövlət postlarınadək Moskvanın nəzarəti altındadır. Yeri gəlmişkən, Ukraynada dövlətin əsas postlarına kremlyönlülər nəzarət edirdi. Bu baxımdan, 5 il əvvəl Ukraynada baş verən “Maydan hərəkat”ı ilk növbədə dövlət strukturunun rusiyayönlülərdən xilas edilməsinə təkan verdi. Krımın ilhaqı, Ukraynanın şərqində baş verənlər Moskvanın asılılığından və ya idarəçiliyindən qurtuluşa qarşı yaradılan maneələr və ya bu prosesin acı nəticələridir. Ermənistanda isə belə bir prosesin getməsi inandırıcı deyil. Bunun üçün Ermənistanın şərti müxalifətinə və hakimiyyətinə nəzər salaq. Serj Sarqysan birmənalı olaraq, Kremlin yetirməsi və onun adamıdır. Bunu onun ömür yolu da təsdiqləyir. Deməli, indiki qarışıq məqamda Rusiya üçün Serj Sarqsyandan etibarlısı yoxdur. Yenisinin bu səviyyəyə gətirilməsi üçün Moskvanın nə vaxtı, nə də imkanı var.

Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov verdiyi müsahibələrdən birində bildirmişdi: “Ermənistanı heç kimə verməyəcəyik”. Deməli, Serj Sarqsyan Ermənistanın baş naziri seçiləcək. Bu, Moskvanın Ermənistanın siyasi elitasına sifarişdir. Qalanları, necə deyərlər, dəyişiklik adı altında edilən cəhdlərdir. Çünki təkrarçılıq da olsa, Ermənistanı ermənilər yaratmayıb, bu, heç onların torpağı da deyil. Ona görə də bu dövləti quranlar orada kimlərin hakimiyyətdə olacağını də təyin edirlər. Bu ölkə Rusiyanın birbaşa nəzarəti və rəhbərliyi altında olan ərazi-dövlətdir. Bu baxımdan, Moskva Yerevanda təşəbbüsün başqalarının əlinə keçəcəyinə imkan verməyəcək. Bütün hallarda aprelin 11-dən Ermənistanda Serj Sarqsyanın baş nazirliyinə etiraz yürüşü başlayıb. Bu aksiya aprelin 13-də Yerevanda fasiləsiz mitinqin keçirilməsi ilə yekunlaşıb. Beş günə yaxındır ki, Ermənistan paytaxtında etiraz aksiyası keçirilir. Etirazçılarla polislər arasında toqquşma da olub. Aprelin 17-də Yerevanın mərkəzi prospektinə tank, zirehli texnika yerləşdirilib, yollar tikanlı məftillərlə kəsilib. Bütün bu narazılıqlar fonunda Ermənistanın hakim Respublikaçılar Partiyası ilə “Daşnaksütyun” Partiyası baş nazir postuna Serj Sarqsyanın namizədliyini rəsmi şəkildə irəli sürüb. Aprelin 17-də isə parlament etiraza məhəl qoymayaraq onun namizədliyini təsdiqləyib. Onda bu etiraz şousu kimə xidmət edirdi? Ölkədə zaman-zaman belə nəticəsiz aksiyalar keçirilir.

Məsələn, ötən ilin oktyabrında müxalifət parlamentə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması haqqında qanun layihəsi təqdim etmişdi. Halbuki bundan əvvəl Ermənistanın ali qanunverici orqanının Xarici əlaqələr komissiyası sənədə baxaraq mənfi rəy bildirmişdi. Ancaq parlamentdə ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması haqqında qanun layihəsinə baxıldı və qəbul olunmadı. Bununla belə, Ermənistanda Moskvanın təsir dairəsindən çıxmaq istəyənlərin olduğu heç istisna edilmir. Kreml isə bunu bilməmiş deyil. Ona görə də Rusiya Serj Sarqsyanı Ermənistan cəmiyyətinə zor-xoş qəbul etdirir, “yedizdirir”. Ona qarşı 2008-ci il martında keçirilən etiraz aksiyası da qanla boğulmuşdu. Həmin il fevralın 19-da prezident seçkisi keçirilmişdi. Müxalifətin namizədi Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan idi. Qarşı tərəf iddia edirdi ki, seçkinin nəticələri Serj Sarqsyanın xeyrinə saxtalaşdırılıb. O zamankı kütləvi etiraz aksiyaları nəticəsində 1 hərbçi, 7 dinc aksiya iştirakçısı ölmüş, bəziləri itkin düşmüş, 230 nəfər isə xəsarət almışdı. Aksiya fevralın 20-də başlamaqla on gün müddətinə davam etmişdi. Ter-Petrosyan tərəfdarlarını aksiyanı dayandırmağa çağırmışdı. Bundan sonra aksiyalar dayanmışdı. Serj Sarqsyan 2013-cü ildə yenidən prezident seçildi. Ermənistanda 2015-ci ildə elektrik enerjisinin qiymətlərinin bahalaşmasına qarşı yenə uzunmüddətli etiraz aksiyası keçirildi. Bu həm də Serj Sarqsyan hakimiyyətinə qarşı idi. Həmin aksiyalarda Rusiyaya qarşı şüarlar irəli sürülmüş, prezidentin istefası tələb edilmişdi. Bu aksiya da Moskvanın hadisələrə müdaxiləsi nəticəsində nəticəsiz başa çatmışdı. Sakitlik 2017-ci ilin aprelinədək davam etdi. Həmin parlament seçkilərində yenə Moskvanın dəstəklədiyi Serj Sarqsyanın Respublikaçılar Partiyası qələbə qazandı. Baş nazir postuna isə Rusiya “Qazprom”unun Ermənistandakı təmsilçisi Karen Karapetyan gətirildi. Belə güman olunurdu ki, Moskva Serji Karenlə əvəzləyəcək. Ancaq bu baş vermədi. Karapetyan hökumətdə ikinci postu tutmağa razı olan kimi görünür. Ona görə də ehtimal etmək olar ki, Karen Karapetyan Rusiyanın əvəzedici oyunçusudur.

Hazırda Ermənistanda Nikol Paşinyanın timsalında yeni müxalifət və onun lideri də formalaşır. Serj Sarqsyan parlamentin məlum iclasından iki gün əvvəl verdiyi müsahibədə baş nazirin seçilməsi məsələsinə münasibət bildirərək demişdi: “Bu, Ermənistanda hakimiyyət deyil, idarəetmə forması dəyişikliyidir”. Əslində o, bununla baş nazir olacağına əminliyini vurğulamışdı. Çünki Serj Sarqsyanın hakimiyyəti və səlahiyyət müddəti aprelin 9-da başa çatmışdı. Deməli, yeni hakimiyyət formalaşa bilərdi. Ancaq o, yenidən baş nazir olmaqla hakimiyyətinin ömrünü uzatdı. Bunun əsası isə ötənilki parlament seçkilərində qoyulmuşdu. Ermənistanın hakim Respublikaçılar Partiyasına seçicilərin 49,12 faizi (770 441 səs), "Tsarukyan" blokuna 27,32 faizi (428 836 səs), "Çıxış" blokuna 7,77 faizi (122 065), “Daşnaksütyun” Partiyasına 6,57 faizi (103 048), "Erməni dirçəlişi" Partiyasına 3,71 faizi (58 265), "Ohanyan-Raffi-Oskanyan" blokuna 2,7 faizi (32 508), “Ermənistan Xalq Partiyası - Konqres” blokuna 1,65 faizi (25 950), Azad Demokratlar Partiyasına 0,94 faizi (14 739), Ermənistan Kommunist Partiyasına isə 0,75 faizi (11 741) səs vermişdi. Beləliklə, parlamentdəki 105 yerdən 65-ni hakimiyyət götürmüşdü - 58 yer respublikaçıların, 7 yer isə daşnakların payına düşüb. Müxalifət sayılan qüvvələrə isə 40 yer düşmüşdü. Onun 9-nu Nikol Paşinyanın başçılıq etdiyi “Çıxış” bloku, 31 yeri isə “Çiçəklənən Ermənistan” Partiyası tutmuşdu.

Bu arada səsvermə prospektdə deyil, parlamentdə keçirildiyindən Serj Sarqsyan Ermənistanda baş nazir seçilib. Ancaq onun səlahiyyət müddəti başa çatan gün Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin rəhbəri Artur Sakunts ölkənin keçmiş prezidenti Serj Sarqsyana qarşı cinayət işinin açılması ilə bağlı ölkənin baş prokuroruna və Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət etmişdi. O, sabiq dövlət başçısını 10 müxtəlif cinayətdə günahlandırmışdı. A.Sakunts bildirib ki, 2008-ci il martın 1-də dinc nümayişçilərə qarşı qanunsuz olaraq silah tətbiq edilib və nəticədə Ermənistanın onlarla günahsız vətəndaşı qətlə yetirilib: “İndiyədək həmin qətllərə siyasi qiymət verilməyib və heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb”. Assambleya sədri vurğulayıb ki, son on ildə Ermənistanın xarici borcu 1,5 milyard dollardan 7 milyard dollara çatıb: “Ölkə əhalisinin 30 faizi yoxsullaşıb. Rəsmi məlumatlara əsasən, Ermənistanın 350 min vətəndaşı qayıtmamaq şərtilə ölkədən birdəfəlik gedib. Korrupsiya ölkədə sistem halını alıb. 2008 və 2013-cü ildə keçirilən prezident, 2012 və 2017-ci illərdə baş tutan parlament seçkilərinin nəticələri saxtalaşdırılıb”. O vurğulayıb ki, 2016-cı ilin aprel ayında Dağlıq Qarabağda Azərbaycan və Ermənistan orduları arasında baş verən döyüşlərdə xeyli sayda erməni hərbçi ölüb: “Sarqsyan prezident kimi həmin itkilərə görə məsuliyyət daşıyır. O, bu faktların heç birinin araşdırılmasını təmin etməyib”.

Beləliklə, Ermənistanda Artur Sakunts və onun kimi düşünənlərin tələbləri daha 5 il cavabsız qalacaq. Serj Sarqsyanın başçılığı altında bu dövlətin törətdiyi cinayətlər daha 5 il ört-basdır ediləcək. Bu həm də Dağlıq Qarabağın daha 5 il işğal altında saxlanılmasına imkan verilməsi, şərait yaradılması deməkdir.

Sualın cavabına qayıdaq. Bu etiraz şousu ilə ermənilər Avropanı sevdiklərini, Avropa İttifaqına inteqrasiya olmaq arzularını bəyan edirlər. Bu halda Ermənistanda rusiyayönlü hakimiyyətin yerində qaldığını, yeni qərbyönlü müxalifətin yetişdirildiyini ehtimal etmək olar. Ancaq yaxın tarixdə baş verənlər deməyə əsas verir ki, Ermənistanda bu qüvvələrin hər ikisi Moskvanın göstərişi ilə işləyir. Həmin xətlərin səhnə arxasında, yaxud Kremldə birləşdiyi istisna edilmir. 2013-cü ildə Ermənistanda keçirilən prezident seçkisinin nəticələrinə etiraz edən Raffi Ovanessyan Moskvaya çağırıldıqdan sonra bütün etiraz aksiyaları dayandırıldı. Halbuki o da qərbyönlü siyasətçi sayılırdı. Nikol Paşinyanın da oxşar aqibəti yaşayacağı istisna edilmir. Odur ki, səhnəyə yeni “avropayönlü müxalifətçi” gətirilir. Ona görə də etiraz aksiyalarında baş verənlərə, onun nəticələrinə əsasən ehtimal etmək olar ki, Ermənistanda müxalifəti Avropa maliyyələşdirəcək.

Son xəbərlər

Orphus sistemi