Bakı. 25 yanvar. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışıyla, az qala, ermənilərin əsl mahiyyətini bir daha təsdiqlədi. Əlbəttə, bir nəfərin dediklərini və hərəkətini bütöv bir etnosa şamil etmək düşüncəsindən uzağıq. Ancaq təəssüf ki, yanvarın 24-də onun AŞPA-nın qış sessiyasındakı çıxışı belə qənaətə gəlməyə əsas verir. Bunu təsdiqləyən çoxsaylı faktlar da mövcuddur. Biz isə Serj Sarqsyanın sessiyadakı ermənisayaq məntiqi ilə çıxışını cavablandırmağa çalışacağıq.
Azərbaycan nümayəndə heyətinin haqlı suallarını cavablandırmağı bacarmayan Ermənistan prezidenti bundan yayınmaq üçün şantaj və yalana əl atıb. O, Dağlıq Qarabağ hadisələrində “hərbçi” kimi iştirak etmədiyini söyləyib. Serj Sarqsyanın ilk saxtakarlığı elə o vaxtlardan başlayıb. Konstitusiyaya əsasən, yalnız Ermənistan vətəndaşı bu ölkənin prezidenti ola bilər. Ancaq bu erməni Azərbaycan vətəndaşı olduğu halda, Ermənistanda yüksək vəzifələr tutub. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri, 1995-1996-cı illərdə milli təhlükəsizlik naziri, 1996-1999-cu illərdə daxili işlər naziri, 2000-2007-ci illərdə yenidən müdafiə naziri, 2007-2008-ci illərdə baş nazir, 2008-ci ildən indiyədək isə Ermənistanın prezidentidir. Bu ilin aprelində onun səlahiyyət müddəti başa çatır. Serj Sarqsyan Ermənistanın yeni konstitusiyası əsasında formalaşacaq yeni hökumətin baş naziri olmaq istəyir. O, Azərbaycan vətəndaşı kimi isə 1989-cu ildən 1993-cü ilə kimi separatçıların qanunsuz silahlı “özünümüdafiə qüvvələri komitəsinə” rəhbərlik edib. Xocalı soyqırımı da 1992-ci il fevralın 26-da törədilib və həmin cinayətdə Serj Sarqsyanla yanaşı, Rusiyanın 366-cı motoatıcı alayı da iştirak edib. Məhz Azərbaycana qarşı tutduğu mövqeyə görə onu sonradan Ermənistana aparmaqla mükafatlandırdılar. Çünki RusiyaDağlıq Qarabağdakı ermənilərdən Ermənistan üçün kadr bazası olaraq yararlanır. Suriyanın Hələb şəhərində anadan olan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın davranışından sonra Rusiya bu istiqamətdə fəaliyyətini davam etdirir. Əslində, yalançının yaddaşı olmaz deyimi bu erməni siyasətçilərinin timsalında dönə-dönə təsdiqlənir. Öz ömür yolunu unudan Serj Sarqsyan 2011-ci il yanvarn 24-də “Exo Moskva” radiosuna müsahibəsində də Xocalı soyqırımı ilə bağlı britaniyalı jurnalist Tomas de Vaala dediklərini unudaraq başçılığı altında törədilən vəhşilikləri təkzib edib. O, britaniyalı jurnalistə Xocalıda törətdikləri vəhşiliklərlə bağlı belə demişdi: “Xocalıyadək azərbaycanlılar elə zənn edirdilər ki, ermənilər mülki və dinc sakinlərə əl qaldırmaycaq. Ancaq biz bu düşüncəni dəf edə bildik. Bunlar baş verdi...” Yeri gəlmişkən, Tomas de Vaal bu haqda “Qara bağ” kitabında ətraflı yazıb. Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibov isə Serj Sarqsyanı Ermənistanda prezident edən Moskvanın tapşırıqlarını da yerinə yetirdiyindən Xocalı hadisəsi ilə bağlı gerçəkliyi təhrif edə bilərdi.
Bu arada Serj Sarqsyan AŞPA-nın qış sessiyasındakı çıxışında BMT Təhlükəsizlik Şurasına qarşı da saxtakarlıq edərək deyib: “BMT Təhlükəsizlik Şurası 1992-ci ildə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 4 qətnamə qəbul edib”. Halbuki həmin qətnamələr 1992-ci ildə deyil, 1993-cü ildə qəbul edilib. Bütün bunlar Serj Sarqsyan kimilərin hadisə və faktları təhrif etməsinin göstəricisidir. Bu, həm də onu göstərir ki, Ermənistan prezidenti qətnamələrdə yazılanlardan hələ də xəbərsizdir. Bu isə ona deməyə əsas verir ki, onlara Dağlıq Qarabağı işğalda saxlamaq göstərişi verilib. Ona görə də Ermənistandakı hakimiyyət təmsilçiləri və erməni siyasi liderlər üçün beynəlxalq sənədlərin heç bir əhəmiyyəti yoxdur. Onlara işğal altında olan Azərbaycan torpaqlarından çıxmaları barədə əmr gəldikdə də buna dərhal icra edəcəklər. Beləliklə, BMT Təhlükəsizlik Şurasının birinci - 822 saylı qətnaməsi 1993-cü il aprelin 30-da qəbul edilib. “Davamlı atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılması, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın bu yaxınlarda işğal olunmuş başqa rayonlarından dərhal çıxarılması tələb olunur”, - həmin sənəddə vurğulanıb. 1993-cü il iyulun 29-də 853 saylı qətnamə qəbul edilib. Bu sənəddə isə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu vurğulanır. Ağdam rayonunun və Azərbaycan Respublikasının başqa ərazilərinin işğalı pislənilir. Bütün hərbi əməliyyatların dərhal dayandırılması, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının işğal edilmiş başqa rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. 874 saylı qətnamə 1993-cü il oktyabrın 14-də qəbul edilib. Burada da Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması istənilir. 1993-cü il noyabrın 12-də qəbul olunmuş 853 saylı sənəddə də əvvəlki təməl prinsip - torpaqların işğaldan azad edilməsi vurğulanır. Bu sadaladığmız faktlar Ermənistan prezidenti Serj Sarqsyan və onun təmsil etdiyi işğalçı dövlətin saxtakarlığını ifşa edir. O, AŞPA-nn tribunasından Azərbaycanın ərazi bütövlüyünü təhdid edib: “Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması mümkün deyil”.
Ermənistan prezidenti Serj Sarqsyan
Məlum olduğu kimi, Şuranın əsas qayələrindən biri güclü Avropa yaratmaqdır. Ancaq Serj Sarqsyanın çıxışı belə bir Avropanın yaranacağını sual altına qoyur. Çünki Şurada hazırkı Avropada separatçılığı dəstəkləyən heç bir çıxışa yol verilmir. Ancaq Serj Sarqsyan havadarlarına arxayın olaraq bu sayaq yalan-saxta çıxışlar edir. Qeyd edək ki, Ermənistan prezidenti AŞPA-dakı sessiyaya Fransa prezidenti Emmanuel Makron ilə Parisdə keçirdiyi görüşdən sonra gedib. E.Makron görüşdən sonra bildirmişdi ki, Fransa Rusiya və ABŞ-la birgə Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır: “Fransa tərəflər arasında mübahisədə qərəzsiz vasitəçilik missiyasına sadiqdir. Biz rusiyalı və amerikalı tərəfdaşlarımızla birgə bu münaqişənin həllinə yardım edə biləcək istənilən təşəbbüsə getməyə hazırıq. Mən bilirəm ki, sülhün təbliği son dərəcə çətindir və görüşlərin konkret nəticə verməsini arzulayıram”. Ancaq Serj Sarqsyanın AŞPA-dakı çıxışı Makronun arzusundan fərqli müzakirələrin getdiyini ehtimal etməyə də əsas verir. Eyni zamanda yada ötən il oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra Ermənistan prezidenti Serj Sarqsyanın İsveçrədə erməni diaspor nümayəndələri ilə görüşündə dedikləri düşür: “Münaqişə Dağlıq Qarabağa Azərbaycanın tərkibindən kənarda statusun verilməsindən sonra həll edilə bilər...” Serj Sarqsyan Emmanuel Makronla görüşdən sonra isə yuxarıda qeyd etdiyimiz saxtakar və təcavüzkar çıxış edir.
Əslində, yazımızı heç belə bitirmək istəməzdik. Ancaq dedikləri Serj Sarqsyanın mənsub olduğu etnik qrup barədə tanınmışların fikirlərini sizlərə çatdırmağı zərur etdi. Almaniyanın tanınmış səyyahı Alfred Körte Türkiyədəki alman ictimai xadiminə həsr etdiyi “Anadolu mənzərələri” adlı kitabında yazıb: “Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur... Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın. Erməni ilə iş görmək fikriniz olsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur. Sadəcə, şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir…”
Britaniyalı jurnalist Tomas de Vaal
Məşhur İran şairi Sədi Şirazi isə ermənilər haqqında belə deyib: “Erməni yer üzünün ilanı, insanlığın düşmənidir”.
Rusiyanın məşhur şairi, yumorist və satiriki Aleksey Mixailoviç Jemçujnikov onları belə xarakterizə edib: “Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər”.
Bu misallara diqqəti çəkməkdə məqsədimiz hansısa etnik qrupu aşağılamaq deyil. Sadəcə, Serj Sarqsyanın beynəlxalq sənədlərə münasibəti, təcavüzkarlığı, saxtakarlığı bizi buna vadar etdi. Serj Sarqsyanın davranışından isə aydın olur ki, onlar hələ də dəyişməyiblər.