Terrorçuların himayədarı - Lemkin institutunun “siyasi məhbus” oyunu - ŞƏRH

Terrorçuların himayədarı - Lemkin institutunun “siyasi məhbus” oyunu - ŞƏRH Erməni lobbisi və onlardan yemlənənlər sırasında liderlik edən bədnam Lemkin İnstitutu növbəti dəfə Azərbaycanı hədəfə alıb. Ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasında liderlik edənlərlə bir sırada olan bədnam təşkilat Qarabağdakı keçmiş separatçı re
Analitika
29 May , 2024 16:49
Terrorçuların himayədarı - Lemkin institutunun “siyasi məhbus” oyunu - ŞƏRH

Erməni lobbisindən yemlənənlərin siyahısında liderlik edən bədnam Lemkin İnstitutu növbəti dəfə Azərbaycanı hədəfə alıb. Ölkəmizə qarşı qarayaxma kampaniyasında liderlik edənlərlə bir sırada olan bu təşkilat Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərinin “himayədarı” qismində çıxış edib, onları hətta “siyasi məhbus” adlandırıb. Həmin şəxslərin dərhal azad olunması tələbi ilə çıxış edən bu təşkilat eyni zamanda məhkəmə qərarlarını gözləyən şəxslərlə bağlı imzatoplama kampaniyasına başlayıb. Xüsusilə də diqqəti biznesmen Ruben Vardanyana yönəldiblər. İddia olunub ki, bu şəxslərin həbsxanada saxlanılması beynəlxalq hüququn "kobud şəkildə pozulmasıdır". Bununla bağlı petisiyaya ad da qoyulub - “erməni məhbusları azad etmək”.

Əvvəla ondan başlayaq ki, bu təşkilat özünü institutdan çox muzdlu mirzələrin yığıntısından ibarət qondarma qurum kimi tanıtmağa müvəffəq olub. Terroçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut”un heyətində E.Poqosyan, L.Mirzoyan kimi erməni diasporunun radikal ünsürləri geniş təmsil olunur.

Sözügedən təşkilatın fəaliyyəti barədə açıq mənbələrdən də məlumat almaq olur ki, onun məqsədinin forması məzmununa uyğun gəlmir. Bir az araşdırma aparanda da əmin olursan ki, Lemkin İnstitutu erməni lobbisinin okeanın o ta­yındakı filialı kimi fəaliyyət göstərir və erməni soyqırımı xəstəliyinin yayıcısı qismində çıxış edir.

Ermənistan isə Lemkin İnstitutunun qərəzli təşəbbüsünə növbəti dəfə səssiz qalıb. Bu da onu deməyə əsas verir ki, rəsmi İrəvan bədnam institutun hazırladığı təşəbbüslərə biganədir, onlara qoşulmur. Ümumiyyətlə, baş nazir Nikol Paşinyan və komandası indiyə qədər bir dəfə də olsun Qarabağın keçmiş separatçıları ilə bağlı məsələni gündəmə gətirməyib. Bu da onu deməyə əsas verir ki, İrəvan üçün separatçı rejim aktual deyil, yəni, əslində, ondan yaxa qurtardığına sevinir. Paşinyan hökuməti bunu konkret addımlarla sübut edib. Separatçıların Ermənistanda kök salmağa çalışan nümayəndələrinin həbsi, onlara qarşı atılan addımlar da buna nümunədir.

Bu səbəbdən qondarma rejimin tör-töküntüləri çıxış yolunu Parisdə tapıblar. Fransa onlara nəinki sığınacaq verib, hətta nümayəndəlik də açmalarına şərait yaradıb. Görünür, elə “lemkinçilərə” dəstəyi də Yelisey sarayı göstərib.

Ümumiyyətlə isə adıçəkilən qurumun Azərbaycana münasibəti qərəzli olmaqla yanaşı, ikili standartları birbaşa özündə ehtiva edir. Bu təşkilatın Azərbaycanla bağlı bir dəfə də olsun obyektiv, ədalətli bəyanatı, açıqlanması eşidilməyib. Ermənistanda bir azərbaycanlının qalmadığına bir dəfə də olsun toxunmayıb. Nə Azərbaycanda həyata keçirilən soyqırımılara, nə də Ermənistandan soydaşlarımızın deportasiyasına diqqət çəkilib.

İkincisi, onun əməkdaşlarının həm Ermənistandakı qurumlarla, həm də xaricdəki erməni diasporu ilə əlaqələri olduqca genişdir və onların hər hansı bəyanatı ciddi qəbul edilə bilməz

Üçüncüsü, Azərbaycanda cəzalarını çəkən separatçılarla bağlı iddialar tamamilə əsassızdır. Həmin şəxslərin günahlarını sübut edən çoxsaylı faktlar mövcuddur. Məhkəmə zamanı da onlar təqdim ediləcək. Ona görə də başladılan kampaniya Azərbaycana qarşı təzyiq vasitəsindən başqa bir şey deyil.

Onu da qeyd edək ki, “institut” 2022-ci ildə Qarabağın erməni əhalisinin Azərbaycan tərəfindən məhv olması təhlükəsi ilə bağlı bədnam hesabat dərc edib, 2023-cü ildə isə iki dəfə Qarabağla bağlı “SOS xəbərdarlığı” yayıb. Elə həmin il dörd dəfə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və ABŞ dövlət katibi Antoni Blinkenə məktub ünvanlayıb. Bu məktublarda da Azərbaycana qarşı tədbirlər görülməsi tələb olunub.

Qeyd edək ki, “Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutu” son illər bütün fəaliyyətini ancaq və ancaq Azərbaycan və Türkiyəyə qarşı fəaliyyət üzərində qurub. Dəfələrlə digər dövlətləri bu iki ölkəyə təzyiq göstərməyə çağırıb. 2021-ci ildə təsis olunan institut, yəhudiəsilli polşalı hüquqşünas, soyqırımı haqqında hüquqi doktrina və bu cinayətə görə cəzanın hüquqi əsaslarını hazırlayan Rafael Lemkinin (1900-1959) adını daşıyır. İnstitutun həmtəsisçiləri Kin Kolleci və Stokton Universitetinin professoru Eliza fon Coden-Forgey və beynəlxalq hüquq professoru, İndiana Universitetinin məzunu İrene Viktoriya Massiminodur.

Coden-Forgeyin erməni sevgisi də məlumdur. O, tez-tez Ermənistana səfər edir, erməni alimlər və diaspor nümayəndələri ilə görüşür.

ABŞ-də təsis olunan bu qeyri-hö­kumət təşkilatı rəsmi saytında qeyd edib ki, onun missiyası soyqırımının qarşısının alınması vasitələri ilə bü­tün dünyada əhalinin geniş təbəqələ­rini birləşdirməkdir. İnstitutun digər təsisçi həmsədri İrene Viktoriya Massimino argentina­lıdır və insan hüquqları üzrə hüquq­şünasdır. İ.Massimino Ermənistan və ölkəsindəki erməni diasporu ilə də isti münasibətlərə malikdir. Məsələn, 2021-ci ilin iyununda Ermənistan milli şurası və Argentinanın erməni vəkillər kollegiyası 2020-ci il müharibəsi za­manı “Azərbaycan Ordusunun erməni xalqına qarşı törətdiyi iddia edilən hərbi cinayətləri və insanlığa qarşı cinayətlə­ri” araşdırmaq üçün Argentina Federal Məhkəməsinə şikayət təqdim etmişdi. Həmin şikayəti dəstəkləyən və hazır­layanlar arasında Lemkin İnstitutunun təsisçisi İ.Massimino da vardı.

Beləliklə, erməni lobbisi hər fürsətdə yemlədiyi təşkilatlar vasitəsilə Azərbaycana qarşı hücumara start verir. Lobbinin hədəfinə gəldikdə, sözsüz ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına qarşı çıxmaqdır. Nikol Paşinyana qarşı xaricdən edilən çirkin təbliğat kampaniyası da məhz bundan qaynaqlanır.

Son xəbərlər

Orphus sistemi