Forpostun Avropa İttifaqı xəyalı - İrəvan avantüraya sürüklənir - ŞƏRH

Forpostun Avropa İttifaqı xəyalı - İrəvan avantüraya sürüklənir - ŞƏRH Qərb hər vəchlə Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla bağlı planını reallaşdırmağa çalışır. Bu istiqamətdə hər cür şirnikləndirici vədlər verməkdən də çəkinmir. Avropanın ənənəvi avantürası üzvlüklə bağlıdır. İrəvanı Kremlə qarşı total hücuma keçməyə məcb
Analitika
15 Mart , 2024 17:13
Forpostun Avropa İttifaqı xəyalı - İrəvan avantüraya sürüklənir - ŞƏRH

Qərb hər vəchlə Ermənistanı Rusiyadan uzaqlaşdırmağa, bununla bağlı planını reallaşdırmağa çalışır. ABŞ, Avropa İttifaqı (Aİ) bunun üçün müxtəlif şirnikləndirici vədlər verməkdən də çəkinmir.

Avropanın ənənəvi avantürası üzvlüklə bağlıdır. İrəvanı Kremlə qarşı total hücuma keçməyə məcbur edən Brüssel bu dəfə Ermənistana təşkilata üzvlüklə bağlı pafoslu təklif ünvanlayıb. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano Ermənistanın quruma üzv olmaq üçün müraciət edə biləcəyini bəyan edib:

“Ölkələrin öz xalqlarına daha yaxşı gələcək üçün səy göstərmək hüququ var. Belə bir gələcəyi necə təmin edəcəklərinə qərar verməkdə sərbəstdirlər. Aİ-yə üzvlüyə gəlincə, hər bir Avropa ölkəsi, onun xalqı və hökuməti birliyə üzv olmaq üçün müraciət edib-etməmək barədə qərar verməlidir”, - o, Aİ qapılarının Ermənistana açıq olub-olmaması sualını cavablandırarkən deyib.

Stano xatırladıb ki, bir ölkə Aİ-yə üzv olmaq üçün ərizə təqdim edən kimi ona üzv dövlətlər tərəfindən baxılır: “Sonra Aİ müqavilələri və müəyyən edilmiş meyarlar əsasında müvafiq qərar qəbul edirlər”. Rəsmi onu da bildirib ki, bir ölkə Aİ-yə üzv olmaq üçün ərizə təqdim edən kimi ona üzv dövlətlər tərəfindən baxılır. O xatırladıb ki, bir ölkə Aİ-yə üzv olmaq üçün ərizə təqdim edən kimi ona üzv dövlətlər tərəfindən baxılır.

Qeyd edək ki, erməni mətbuatı yazır ki, bundan əvvəl baş nazir Nikol Paşinyan da ölkəsinin payızdan gec olmayaraq Avropa İttifaqına üzvlük üçün müraciət etməli olduğunu deyib. Hökumət başçısı açıq etiraf etməsə də, bəllidir ki, Qərb Ermənistandan Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün əməli addımlar atmağı tələb edir. İndiki vəziyyətdə də İrəvanın bu tələbləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Paşinyan hesab edir ki, ölkəsinin təhlükəsizlik maraqları onun Aİ üzvlüyünə namizəd olmasını tələb edir. Bu, Ermənistana hərbi cəhətdən olmasa da, ən azı iqtisadi baxımdan güclənməyə imkan verəcək.

Ermənistanın Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryanın məsələyə münasibəti maraqlıdır. Onun sözlərinə görə, “Köhnə qitə”yə inteqrasiya Avropa Parlamentinin qətnamələri ilə müəyyən edilməyən mürəkkəb və uzunmüddətli prosesdir: “Birincisi, Aİ-nin özü ölkəni üzvlüyünə dəvət etməlidir. İkincisi, Kopenhagen meyarlarına (demokratiya səviyyəsi, qanunun aliliyi, insan hüquqları, azlıqların haqlarının müdafiəsi, kifayət qədər güclü iqtisadiyyat və s.) cavab verməlidir. Üçüncüsü, ərizə vermək, namizəd statusu almaq, üzvlük danışıqlarına başlamaq lazımdır. Bütün bunlar onilliklər tələb edir”.

Ermənistanın Avropa İttifaqına qoşulması təşəbbüsünün irəli sürülməsində sözsüz ki, Fransanın əvəzsiz rolu olub. İrəvanın müttəfiqi olan və onu silahlandıran, hərbi-siyasi dəstək verən rəsmi Paris Avropa İttifaqında dominant ölkədir.

Ümumiyyətlə, ilk baxışda cəlbedici səslənsə də, Ermənistanın Avropa ailəsinin üzvü olmaq perspektivi xam xəyaldır. Faktlar da bunu təsdiqləyir. Əvvəla, Aİ-nin qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur və sadəcə tövsiyə xarakteri daşıyır.

İkincisi, Rusiyanın Ermənistanda mövqeləri möhkəmdir. Aİ Azərbaycanla enerji ehtiyatlarının daşınmasında da sıx əməkdaşlıq edir. Brüssel və İrəvanın yaxınlaşması isə Aİ ilə Bakı arasında qarşılıqlı münasibətləri mürəkkəbləşdirə bilər.

Üçüncüsü, Ermənistan Aİ ilə assosiasiya sazişi olan ölkələr siyahısına daxil deyil. Başqa sözlə desək, onun vətəndaşlarının Gürcüstan, Moldova və Ukrayna vətəndaşları kimi Avropa ölkələrinə vizasız getmək hüququ yoxdur.

Dördüncüsü, Kremlin yaratdığı Ermənistan Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi birliklərə üzvü olduğu halda, İrəvanın ümumavropa ailəsinə qoşulmaq iddiası gülüncdür. Ermənistanın üzvlük məsələsi sürətləndirilə bilər, amma Gürcüstan və Moldovadan tez olmayacaq. Sonuncular da illərdir ki, üzvlük gözləyirlər. Onlara hələ indi namizədlik statusu verilib. Hər iki ölkənin üzvlüyü reallaşdıqdan sonra növbə Ermənistana çata bilər. Lakin Gürcüstan və Moldovanın da təşkilata nə zaman qəbul olacağı bilinmir. Ona görə də proses uzanacaq, Ermənistan hələ çox gözləyəcək.

Beşincisi, İrəvan sadəlövhcəsinə vədlərə inanan vasitə rolunu oynadığını hələ də başa düşmək istəmir. Yeni strateji səhvlər mərhələsinə qədəm qoyan ölkə rəhbərliyi necə fəlakətli yanlışlıqlara yol verdiklərinin fərqində deyillər. Baş nazir Nikol Paşinyan reallığı görmür, illüziyalara qapılaraq Qərbə doğru gedir. Ermənistan vətəndaşlarının yarıdan çoxu da bu məsələdə dövləti dəstəkləyir. Səbəb təkdir: ermənilər düşünürlər ki, əgər Avropa İttifaqına üzv dövlət statusu əldə etsələr, Ukrayna, Moldova və Gürcüstanın vətəndaşları kimi, Aİ-yə vizasız giriş hüququna yiyələnəcəklər. Halbuki bu “üstünlük” də qüsurlu uğurdur və ciddi məhdudiyyətlərə malikdir. Məsələn, Aİ ilə Gürcüstan arasında analoji rejim bir neçə ildən bəri mövcuddur. Gürcüstan vətəndaşları Aİ ölkələrində işləmək hüququna malik deyillər. Üstəlik, onlar Aİ ölkələri ərazisində hər dəfəsi 90 gün olmaqla, fasilələrlə ildə 6 ay ola bilərlər.

Beləliklə, yaxın illərdə Ermənistanın Aİ-yə üzvlük statusu əldə edəcəyini düşünmək sadəlövhlükdür və bu reallaşsa belə, İrəvan əsas məqsədinə - Moskvadan asılılığına son qoymağa müvəffəq olmayacaq. Ən təhlükəlisi budur - Ermənistanda başa düşmək istəmirlər ki, onların əli ilə regionda vəziyyəti sürətlə gərginləşdirməyə, süni problemlər yaratmağa çalışırlar.

Son xəbərlər

Orphus sistemi