Rusiyalı ekspert: "Lavrov Ermənistanın beynəlxalq mövqeyini sarsıtdı"

Rusiyalı ekspert: "Lavrov Ermənistanın beynəlxalq mövqeyini sarsıtdı" "Ceyhun Bayramovun Sergey Lavrovla görüşməsi ilk növbədə Rusiyanın regiondakı ən mühüm oyunçu, Azərbaycanın istər siyasi, istərsə də iqtisadi sahədə müttəfiqi olduğuna dəlalət edir".
Analitika
27 Avqust , 2020 13:36
Rusiyalı ekspert: Lavrov Ermənistanın beynəlxalq mövqeyini sarsıtdı
Sergey Lavrov
0 : 00
0 : 00

"Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya səfər edərək həmkarı Sergey Lavrovla görüşməsi ilk növbədə Rusiyanın regiondakı ən mühüm oyunçu, Azərbaycanın istər siyasi, istərsə də iqtisadi sahədə müttəfiqi olduğuna dəlalət edir".

Bu fikirləri “Report”a Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfərini şərh edən rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Təsadüfi deyil ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkələrimiz arasında bir çox məsələlərə dair tam anlaşma olduğunu bildirərək Azərbaycanda rus mədəniyyətinə dəyər verildiyinə, böyük rusdilli diasporunun dəstəkləndiyinə görə Ceyhun Bayramova təşəkkür edib. Halbuki, məsələn, Ermənistanda son vaxtlar qatı rusofob təbliğatı baş alıb gedir”, – ekspert bildirib.

Rusiyalı politoloqun fikrincə, Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi sözügedən ölkələr arasında irimiqyaslı siyasi və iqtisadi layihələrlə bağlı müntəzəm məsləhətləşmələrin aparıldığını göstərir: “Bu yerdə dövlətlərarsı tərəfdaşlıq əlaqələrinin güclənməsinə təkan verən irimiqyaslı yol xəritələrinin hazırlanması da yada düşür”.

Onun sözlərinə görə, indi 30 ildən çoxdur Azərbaycanın başlıca problemi olan, eyni zamanda Moskvanı da narahat edən Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu xatırlanıb.

“Lavrov bu problemin həlli üçün Rusiyanın bundan sonra da səy göstərəcəyini, münaqişəni bütövlükdə yoluna qoymaq üçün əlindən gələni edəcəyini bir daha təsdiqləyib. Ermənistan tərəfinin iftiralarına baxmayaraq, Lavrov bundan əvvəl məhz Ermənistanın atdığı addımlar nəticəsində Azərbaycanın Tovuz rayonunda hərbi toqquşmaların baş verdiyini əslində etiraf edərək, Ermənistanın beynəlxalq mövqeyini xeyli sarsıtdı. Moskva əvvəllər də Yerevanın ipini çəkərək Dağlıq Qarabağ münaqişəsini həm beynəlxalq birliyin, həm də münaqişə tərəflərinin razılığı çərçivəsində həll etmək əzmini ortaya qoyub. Yerevanın danışıqlarda mövqeyi zəifdir, əsaslı dəlilləri yoxdur. Odur ki, tezliklə Qarabağ tarixi mənsubiyyətini bərpa edəcək və həmin proses bu cür görüşlər sayəsində daha da sürətlənəcək”, – politoloq fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi