Rusiyalı ekspert: "Ermənistan Azərbaycanla danışıqları sıfırdan başlamaq niyyətindədir" - RƏY

Rusiyalı ekspert: "Ermənistan Azərbaycanla danışıqları sıfırdan başlamaq niyyətindədir" - RƏY Bakı. 1 oktyabr. REPORT.AZ/ “Ermənistanın baş naziri Nikol Paşinyanın müsbət fikirlər bildirməsi Azərbaycan Prezidenti İlham Əliyevlə qarşılıqlı etimad yaratmaq niyyətindən irəli gəlirdi”.
Analitika
1 Oktyabr , 2018 14:59
Rusiyalı ekspert: Ermənistan Azərbaycanla danışıqları sıfırdan başlamaq niyyətindədir - RƏY

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Ermənistanın baş naziri Nikol Paşinyanın müsbət fikirlər bildirməsi Azərbaycan Prezidenti İlham Əliyevlə qarşılıqlı etimad yaratmaq niyyətindən irəli gəlirdi”.

Bunu “Report”a Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev sentyabrın 28-də Düşənbədə keçirilən MDB Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasındakı söhbəti şərh edərkən deyib.

“Ermənistanın baş nazirinə Azərbaycan Prezidenti ilə bu cür qarşılıqlı etimada əsaslanan dialoqa ümidvar olduğunu hamının gözü qarşısında göstərmək lazımdır. Amma bundan hansısa nəticə çıxarmağa tələsmək lazım deyil, çünki hələlik konkret heç bir şey məlum deyil. Məzmunlu danışıqlara başlamayıblar. Ola bilsin, XİN-lər səviyyəsində nəsə bir iş gedir, amma “DQR” üçün danışıqlarda iştirak etmək məsələsi yenidən ortaya atılsa, məsələ yenə dalana dirənəcək, heç bir qarşılıqlı etimad və ya komplimentli ibarələr artıq kara gəlməyəcək”, - rusiyalı politoloq vurğulayıb.

A.Karavayevin fikrincə, hazırda Ermənistan tərəfinin Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları sıfırdan başlamaq istəyi duyulur, amma bunun üçün əvvəla, müəyyən güzəştlərə hazır olduqlarını göstərməlidirlər: “Bunun üçün  qoşunların təmas xəttində sakitlik və mümkün güzəştlərin nümayişi vacibdir. Hələlik buna dair rəsmi açıqlamalar yoxdur”.

Ermənistan tərəfindən danışıqlar masasına yeni simaların gəlməsi ilə danışıqlar tərzini dəyişdiklərini “təbii və gözlənilən” olduğunu söyləyən politoloq vurğulayıb ki, hazırda daha yumşaq bir tərz görürük: 

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev 

Amma hələlik Ermənistanın yeni hökumətinin tam şəkil alaraq ayağa qalxması üçün keçid dövrü başa çatmadığı üçün bu yöndə hər hansı mühüm dəyişikliklər barədə danışmaq olmaz. Lakin Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra Qarabağa səfəri vaxtı açıqlamalarından irəli gələn mənzərəyə inansaq, mövqelərin yumşalması və güzəştlərdən söhbət salmaq Ermənistan ictimaiyyəti tərəfindən dönüklük kimi qəbul ediləcək, bu da parlament seçkiləri zamanı mütləq özünü göstərəcək.

Aleksandr Karavaev

Научный сотрудник Института экономики РАН, российский эксперт Александр Караваев

Rusiyanın mövqeyinə toxunan A.Karavayev yüksək həcmdə investisiya və iqtisadi ticari münasibətləri olduğu ölkələrdə gərginliyin azalmasını “yalnız alqışlayacaqları”nı diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi