"Report": FED-in qərarları hazırda Azərbaycan manatı üçün təhlükə yaratmır

"Report": FED-in qərarları hazırda Azərbaycan manatı üçün təhlükə yaratmır Proqnoz: Manat üçün təhlükə 2018-ci ilin ikinci yarısından sonra yarana bilər
Analitika
1917
5 Oktyabr , 2017 12:32
Report: FED-in qərarları hazırda Azərbaycan manatı üçün təhlükə yaratmır

Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) oktyabr ayından etibarən balansın azaldılması və dekabrda mümkün uçot dərəcəsinin artırılması ilə bağlı gözlənilən qərarların Azərbaycan manatı üçün təhlükəsi yoxdur. 

"Report"un analitik qrupu FED-in addımlarının dolların məzənnəsini qlobal maliyyə bazarında maksimum 4% möhkəmləndirəcəyini, ilin əvvəli ilə müqayisədə dolların əsas rəqibi - avroya qarşı 8-9% ucuz qalmağa davam edəcəyini bildirir: "2018-ci ilin ilk yarısında isə dolların yenidən ucuzlaşacağı gözlənilir".

Buna səbəb kimi, ABŞ hökumətinin yeritdiyi ucuz dollar siyasətini göstərmək olar. Ucuz dollar vasitəsilə ABŞ iqtisadiyyatı və inflyasiyanın sürətlənməsi hədəflənir. Həmçinin, neft qiymətlərinin də böyük hedc fondları və rəsmi açıqlamalarla 55 dollar/barel səviyyəsində saxlanılmasına çalışılacaq ki, bunun da ABŞ-da inflyasiyanı dəstəkləyəcəyi gözlənilir.

"Bu səbəbdən manat üçün 2018-ci ilin II yarısına qədər təhlükə görünmür. Lakin 2018-ci ilin II yarısından etibarən ABŞ-da faizlərin həddindən artıq yüksək olması və digər inkişaf etmiş ölkələrdəki faizlərlə ciddi fərq yaranması nəticəsində dolların kəskin möhkəmlənməsi ehtimal edilir. Bu, öz növbəsində inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir göstərəcək və neftin qiymətini kəskin aşağı salacaq. O zaman manatın yenidən devalvasiya olması ehtimalları yaranacaq və analitik qrup Azərbaycanda dolların məzənnəsinin 2020-ci ilə qədər 3 AZN/USD səviyyəsinə çatacağını proqnozlaşdırır", - analitiklər bildiriblər. 

Son xəbərlər

Orphus sistemi