"Report": FED-in mümkün faiz artımının Azərbaycan manatına təsiri minimal olacaq

"Report": FED-in mümkün faiz artımının Azərbaycan manatına təsiri minimal olacaq Azərbaycandakı banklar dollar depozitləri üzrə gəlirliyi artıra bilər
Analitika
15 Fevral , 2017 17:10
Report: FED-in mümkün faiz artımının Azərbaycan manatına təsiri minimal olacaq

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini mümkün artırmasının inkişaf etməkdə olan ölkələrin valyutalarına, o cümlədən Azərbaycan manatına mənfi təsiri az olacaq. 

"Report"un analitik qrupu bildirir ki, inkişaf etməkdə olan ölkələrdən kapital axını bu ölkələrdə dollara ödənilən yüksək faiz səbəbindən minimal səviyyədə olacaq. Nəticədə, inkişaf etməkdə olan ölkələrin yerli valyutalarına təzyiqlər aşağı səviyyədə qalmaqda davam edəcək. Buna baxmayaraq, Azərbaycanda bankların dollar depozitləri üzrə ödənildiyi faizlərin bir qədər sonra artırılması məsələsi gündəmə gələ bilər. Buna səbəb, FED-in uçot dərəcəsinin yaxın illərdə Azərbaycanda dollara ödənilən faiz həddinə yaxınlaşması olacaq. Bu zaman yerli və xarici investorlar ABŞ istiqrazlarına investisiya qoymağa üstünlük verə bilər.

"Report"un analitikləri son günlər ABŞ dollarının qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə onun ucuzlaşmasını müşahidə edir: "Bu, getdikcə ABŞ dolları ilə inkişaf etməkdə olan ölkələrin valyutaları arasında tərs korrelyasiyanın əmələ gəldiyini göstərir. Belə ki, dollar avroya nisbətən 3%-ə yaxın gücləndiyi halda, türk lirəsinə qarşı 8%, rubla qarşı 7,5%, manata qarşı 10%-ə yaxın zəifləyib. İnvestorlar bu kateqoriyadan olan ölkələrin valyutalarına investisiya qoyaraq yüksək faizlərdən böyük mənfəət əldə edirlər".

Analitik qrup bildirir ki, manat üçün ən önəmli amil neftin qiymətidir ki, onun da 2017-ci ildə orta qiymətinin 55 dollar/barel olacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi