Bakı. 10 oktyabr. REPORT.AZ/ “Report”un analitik qrupu son 1 ildə xarici valyutaların Azərbaycan manatına nəzərən məzənnəsinin dinamikasını nəzərdən keçirib.
Məlum olub ki, milli valyutamız əksər dövlətlərin milli valyutaları qarşısında bahalaşıb.
Manat ən çox Argentina pesosu, türk lirəsi və yapon yeni qarşısında dəyər qazanıb - müvafiq olara 52,98%, 39,47% və 23,55%. Bu, həmin ölkələrin pulunun kəskin dəyərdən düşməsi ilə bağlıdır.
Manatın qarşısında ən az bahalaşdığı xarici valyuta isə ABŞ dolları olub – cəmi 0,01%.
Son 1 ildə Azərbaycanın milli valyutası 3 xarici valyuta qarşısında ucuzlaşıb. Bunlar Moldova leyi, Malayziya rinqqiti və Cənubi Koreya vonudur. Dəyər itirilməsi müvafiq olaraq 2,67%, 1,69% və 0,4% təşkil edib.
№ | Valyuta | Kod | Məzənnələr | Dinamika | |
10.10.2017 | 10.10.2018 | ||||
1 | 1 ABŞ dolları | USD | 1,7002 | 1,7000 | -0,01% |
2 | 1 Avro | EUR | 2,0011 | 1,9561 | -2,25% |
3 | 1 Avstraliya dolları | AUD | 1,3234 | 1,2102 | -8,55% |
4 | 1 Argentina pesosu | ARS | 0,0974 | 0,0458 | -52,98% |
5 | 1 Belarus rublu | BYN | 0,8609 | 0,7877 | -8,50% |
6 | 1 Braziliya rialı | BRL | 0,5333 | 0,4577 | -14,18% |
7 | 1 BƏƏ dirhəmi | AED | 0,4629 | 0,4628 | -0,02% |
8 | 1 Cənubi Afrika randı | ZAR | 0,1235 | 0,1168 | -5,43% |
9 | 100 Cənubi Korea vonu | KRW | 0,1494 | 0,1500 | 0,40% |
10 | 1 Çexiya kronu | CZK | 0,0773 | 0,0758 | -1,94% |
11 | 100 Çili pesosu | CLP | 0,2684 | 0,2492 | -7,15% |
12 | 1 Çin yuanı | CNY | 0,2577 | 0,2457 | -4,66% |
13 | 1 Danimarka kronu | DKK | 0,2689 | 0,2622 | -2,49% |
14 | 1 Gürcü larisi | GEL | 0,6872 | 0,6468 | -5,88% |
15 | 1 Honq Konq dolları | HKD | 0,2178 | 0,2169 | -0,41% |
16 | 1 Hindistan rupisi | INR | 0,0261 | 0,0229 | -12,26% |
17 | 1 İngilis funt sterlinqi | GBP | 2,2387 | 2,2373 | -0,06% |
18 | 100 İndoneziya rupiası | IDR | 0,0126 | 0,0112 | -11,11% |
19 | 100 İran rialı | IRR | 0,0045 | 0,0040 | -11,11% |
20 | 1 İsveç kronu | SEK | 0,2097 | 0,1870 | -10,82% |
21 | 1 İsveçrə frankı | CHF | 1,7376 | 1,7150 | -1,30% |
22 | 1 İsrail şekeli | ILS | 0,4845 | 0,4678 | -3,45% |
23 | 1 Kanada dolları | CAD | 1,3578 | 1,3136 | -3,26% |
24 | 1 Küveyt dinarı | KWD | 5,6251 | 5,5988 | -0,47% |
25 | 1 Qazaxıstan tengəsi | KZT | 0,0050 | 0,0046 | -8,00% |
26 | 1 Qırğız somu | KGS | 0,0248 | 0,0246 | -0,81% |
27 | 100 Livan funtu | LBP | 0,1128 | 0,1125 | -0,27% |
28 | 1 Malayziya rinqqiti | MYR | 0,4026 | 0,4094 | 1,69% |
29 | 1 Meksika pesosu | MXN | 0,0912 | 0,0894 | -1,97% |
30 | 1 Moldova leyi | MDL | 0,0975 | 0,1001 | 2,67% |
31 | 1 Misir funtu | EGP | 0,0965 | 0,0949 | -1,66% |
32 | 1 Norveç kronu | NOK | 0,2135 | 0,2058 | -3,61% |
33 | 100 Özbək somu | UZS | 0,0211 | 0,0207 | -1,90% |
34 | 1 Polşa zlotası | PLN | 0,4651 | 0,4546 | -2,26% |
35 | 1 Rusiya rublu | RUB | 0,0292 | 0,0257 | -11,99% |
36 | 1 Sinqapur dolları | SGD | 1,2507 | 1,2314 | -1,54% |
37 | 1 Səudiyyə Ərəbistanı rialı | SAR | 0,4534 | 0,4532 | -0,04% |
38 | 1 Türk lirəsi | TRY | 0,4608 | 0,2789 | -39,47% |
39 | 1 Tayvan dolları | TWD | 0,0560 | 0,0549 | -1,96% |
40 | 1 Tacik somonisi | TJS | 0,1933 | 0,1804 | -6,67% |
41 | 1 Yeni türkmən manatı | TMT | 0,4858 | 0,4857 | -0,02% |
42 | 1 Ukrayna qrivnası | UAH | 0,0642 | 0,0606 | -5,61% |
43 | 100 Yapon yeni | JPY | 1,5089 | 1,1536 | -23,55% |
44 | 1 Yeni Zelandiya dolları | NZD | 1,2024 | 1,1022 | -8,33% |