Yuxarı
    Bağlamaq

    "Report": AMB manat intervensiyasına başlaya bilər

    Analitiklər: Mərkəzi Bank valyuta hərraclarının sayını azalda bilər

    Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) müntəzəm, həftənin tək günləri keçirdiyi valyuta hərraclarının sayı azaldıla bilər. Gələcəkdə isə onların sayı tənzimləyici tərəfindən bazarın cari konyunkturasından asılı olaraq nizamlanmalıdır. "Report"un analitik qrupu qeyd edir ki, bu zərurət hazırkı dövrdə xarici valyutaya tələbatın azalması, həmçinin dövlət büdcəsinin Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertlərinə ehtiyacının olmaması ilə bağlıdır.

    Xatırladaq ki, dünən, martın 28-də AMB-nin keçirdiyi valyuta hərracında ARDNF 100 mln. dollar satışa çıxarsa da, bu vəsaitin yalnız 0,5%-nə və ya 0,5 mln. dollarına tələbat olub. Cari vəziyyət valyuta bazarının sabitləşdiyini və xarici valyutaya tələbin qarşılandığını göstərir. Yəni, idxal əməliyyatları üçün lazım olan xarici valyuta tam təmin edilir. Neft qiymətlərinin artması, qlobal iqtisadi vəziyyətin bir qədər sabitləşməsi Azərbaycanda da xarici valyutaya tələbi azaldıb, hətta son günlərdə təklifi artırıb.

    "Report"un analitikləri hesab edirlər ki, yaxın günlərdə manatın həddindən artıq möhkəmlənməsi müşahidə edilərsə, AMB valyuta alışı əməliyyatları (manat intervensiyası) həyata keçirə və bununla da manatın məzənnəsinin sabitliyini qoruya bilər. Lakin bu intervensiyanın dolların məzənnəsinin 1,50 AZN/USD səviyyəsindən aşağı enməsi halında baş verməsi ehtimal edilir. Hər bir halda manatın məzənnəsi neft qiymətləri və ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının məzənnəsindəki dəyişikliklərə bağlı olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi