Yeni Kaledoniyadakı hadisələrə qərəz: Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir - TƏHLİL

Yeni Kaledoniyadakı hadisələrə qərəz: Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir - TƏHLİL Artıq neçə gündür ki, Fransanın dənizaşırı ərazisi – Yeni Kaledoniyada Beşinci respublikanın müstəmləkəçilik siyasətinin əleyhdarlarının təşkil etdiyi etiraz aksiyaları davam edir. Yelisey sarayı ərazini müstəmləkəsi kimi əsarətində saxlamağa, habelə adan
Analitika
17 May , 2024 15:39
Yeni Kaledoniyadakı hadisələrə qərəz: Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir - TƏHLİL

Artıq neçə gündür ki Fransanın dənizaşırı ərazisi – Yeni Kaledoniyada Beşinci respublikanın müstəmləkəçilik siyasətinin əleyhdarlarının təşkil etdiyi etiraz aksiyaları davam edir. Yelisey sarayı ərazini müstəmləkəsi kimi əsarətində saxlamağa, habelə adanın yerli sakinləri olan kanakları assimilyasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirməyə çalışır. Yerli əhali də haqlı olaraq buna etiraz edir.

Bölgədə mağazalar və evlər yanır, məmurlar ailələrini evakuasiya edir, küçələr zirehli maşınlarla tam təchiz olunub, barrikadalar qurulub. Baş verənlərin də bir səbəbi var - Emmanuel Makronun yeddi illik səriştəsiz prezidentliyi, yarıtmaz siyasət.

Baş verən hadisələrlə bağlı dünya mediasında, siyasi dairələrində müzakirələr aparılır, proseslərin nəyə gətirib çıxaracağı ətrafında ehtimallar səslənir. Qərb mediası hər zaman olduğu kimi, maliyyələşdiyi dairələrin maraqlarından çıxış etməyə çalışır. Gözlənildiyi kimi də bu istiqamətdə təqdim olunan materiallar qərəzliliyi ilə seçilib. Məsələn, Fransanın daxili işlər naziri Jerald Darmananın hadisələri doğuran səbəblərdən danışmaq əvəzinə, Azərbaycanın ünvanına hədyanlar və böhtan yağdırması xarici mediada yer alıb. Nazir heç bir fakt ortaya qoymadan iddia edib ki, etiraz tədbirlərinin arxasında Azərbaycan dayanır. Obyektiv, müstəqil və azad olduğunu iddia edən Qərb mediası baş verənlərə özünəməxsus formada yanaşıb. Məsələn, BBC-nin hadisələrlə bağlı hazırladığı material “Yeni Kaledoniya: Fransa Sakit okean ərazisinə ordu göndərib və Azərbaycanı separatizmi dəstəkləməkdə ittiham edib” adlanır.

Əvvəla, ondan başlayaq ki, Azərbaycan separatizmdən uzun illər əziyyət çəkmiş bir ölkədir. Halbuki, 30 il BBC də daxil olmaqla, digər beynəlxalq nəşrlər vaxtilə işğal altında olan Azərbaycan torpaqlarında yaradılmış qondarma qurumun fəaliyyətini nəinki tənqid edib, hətta separatçıların hazırda həbsdə saxlanılan "liderləri"ndən müsahibələr alıb, fəaliyyətlərini az qala təqdir ediblər. İndi də durub yeni Kaledoniyada insanların azadlıq hərəkatını separatizm kimi qələmə verirlər.

Bu gün Yeni Kaledoniyada Fransanın gerçək maraqlarının da üstündən keçməyə çalışılır. Halbuki, Niger, Qabon və digər keçmiş müstəmləkələrini itirən, milyonlardan məhrum olan Paris növbəti itki ilə üzləşməyin təhlükəsini yaşayır. Ərazi təbii resursları ilə zəngindir. Əlvan metallar – kobalt, nikel, qızıl alüminium və molibden tədarük edilir. Yeni Kaledoniya nikel istehsalına görə dünyada dördüncü yerdə qərarlaşıb. Fransa bu illər ərzində əlindən gələni edib ki, bölgədə təbii ehtiyatların tədarükü itki ilə üzləşsin.

Separatizm, yaxud azadlıq mübarizəsi?

Adanın 54 deputatdan ibarət Regional Məclisi, 11 nəfərdən ibarət hökuməti var. Bu adada yerli əhali olan kanaklar arasında bir neçə partiyadan ibarət və Fransadan ayrılmağı tələb edən tamamilə qanuni hərəkat fəaliyyət göstərir. Rəsmi Parislə etirazçı liderlər arasında aparılan danışıqların nəticəsi 1998-ci il “Numea sazişi” ilə reallaşdı. Bu müqaviləyə əsasən, yalnız 1998-ci ildən əvvəl, müqavilələr imzalanana qədər burada yaşamış adanın sakinləri və onların nəsilləri yerli parlamentdə səsvermə hüququ əldə etmişdilər. Və hər şey sakitləşdi. Lakin elə ki Fransada Emmanuel Makron prezident oldu, o, razılaşmalardan imtina etməyə başladı. Yerli aborigen xalqın hüquqlarının azaldılmasına çalışıldı.

Məsələ burasındadır ki, son onilliklərdə ağdərili fransızların sayı metropolisdən gələn mühacirlər hesabına durmadan artır. Polimetal filizlərin çıxarılması, emal zavodlarında iş, logistika və müvafiq xidmətlər ixtisaslı mütəxəssislər tələb edirdi. Onlar ailələri ilə Fransadan gəliblər. Bu şəxslər bütün növ xidmətlər üçün bazar yaratdılar və bu bazarda ixtisaslı ziyarətçilər çalışırdı.

Nəticədə yeni gələnlərin payı yerli kaledoniyalıların payından daha sürətli artdı. Bu gün ərazinin 280 min sakininin təxminən 70-80 mini bu ziyarətçilərdir. Ağdərili insanlar olaraq onlar Fransanın qalan hissəsində olduğu kimi, eyni hüquqları tələb edirlər. Təbii ki, onlar Kaledoniyanın müstəqilliyi tərəfdarlarına qarşı da çıxırlar.

Özünü demokratiyanın tanınmış carçısı kimi sırımağa çalışan Makron məhz bu ziyarətçilərin hüquqlarını qorumaq qərarına gəlib. Nəticədə də mayın 14-də Fransa parlamenti talesiz qanun layihəsini təsdiqləyib.

Qeyd edək ki, mayın 13-də Fransa parlamenti Yeni Kaledoniyada 10 ildən çox yaşayan fransız vətəndaşlara yerli seçkilərdə səsvermə hüququnun tanınmasına səs verib. Bu addım ərazidə yerlilərin gücünü zəiflədilməsi və söz sahibi olmasının qarşısının alınmasına cəhd kimi qiymətləndirilir. Səsvermədən sonra ada kütləvi etirazlar başlayıb.

Beləliklə, qeyd edildiyi kimi, Paris baş verənlərdə günahı başqalarında deyil, məhz özündə axtarmalıdır. Rəsmi Bakı heç vaxt başqa dövlətin daxili işlərinə qarışmayıb. Əksinə, özü bu siyasətin qurbanına çevrilib. Fransadakı anti-Azərbaycan isteriyası da buna sübutdur. Rəsmi Paris birtərəfli qaydada Ermənistanı dəstəkləyib, hətta onu silahlandırmaqdan da çəkinməyib. Ən riyakar addım isə artıq ləğv edilmiş qondarma DQR-in Parisdə nümayəndəliyinin açılmasını göstərmək olar. Odur ki, separatizmə dəstək verən Azərbaycan deyil, məhz Fransa özüdür.

Son xəbərlər

Orphus sistemi