Qarabağda partlayışda yaralananlara yardım - Azərbaycanın humanistliyinin bariz nümunəsi - ŞƏRH

Qarabağda partlayışda yaralananlara yardım - Azərbaycanın humanistliyinin bariz nümunəsi - ŞƏRH Azərbaycan növbəti dəfə humanist addımı ilə beyənlxalq aləmə nümunə olub. Qarabağdakı erməni sakinlərinə yardım əlini uzadıb. Bu addımdan sonra ölkəmizi "humanitar böhran"da, "etnik təmizləmə"lərdə itiham etməyə çalışanlar bu humanist addımdan sonra mövqe
Analitika
26 Sentyabr , 2023 13:28
Qarabağda partlayışda yaralananlara yardım - Azərbaycanın humanistliyinin bariz nümunəsi - ŞƏRH

Azərbaycan daha bir humanist addımı ilə beynəlxalq aləmə nümunə oldu. Ölkəmiz bu nümunəni Qarabağdakı erməni sakinlərə növbəti dəfə yardım əlini uzatmaqla reallaşdırdı. Bəlli olduğu kimi, Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda 20-yə yaxın erməni sakin ölüb, 290 nəfər yaralanıb. Məlumata görə, yaralılar Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdirilib. Bildirilib ki, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır.

Azərbaycan dərhal hadisəyə reaksiya verdi və yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salındı.

Eyni zamanda, Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərildi. Azərbaycanın bu humanist addımına Qarabağ ermənilərinin nümayəndələrinin reaksiyası isə gözlənilən oldu, onlar yenə də öz amplualarındadırlar. Belə ki, Azərbaycan mərkəzi hakimiyyət orqanlarının köməyindən imtina etməyə üstünlük verdilər. Görünür, Azərbaycanofobiya xəstəliyi hələ də bir qrup separatçının beynindən çıxmayıb. Buna baxmayaraq, dünən Xankəndiyə lazımi dərmanların operativ şəkildə çatdırılması təmin edildi. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Baş vermiş partlayışdan sonra humanitar vəziyyətin yüngülləşdirilməsi üçün Ermənistandan hava yolu ilə tibbi briqadaların gətirilməsinə də icazə verildi. Bu, humanistliyin daha bir bariz nümunəsidir. Azərbaycanı "humanitar böhran" yaratmaqda, "etnik təmizləmə"lərdə ittiham etməyə çalışanların bu humanist addımdan sonra mövqelərini dəyişəcəklərinə ümid etmək olar.

Yeri gəlmişkən, Azərbaycanın humanizm siyasəti özünü daha bir məsələdə də göstərdi. Azərbaycan polisinin Qarabağın erməniəsilli sakinlərinə su paylaması sosial şəbəkələrdə, mediada ciddi rezonansa səbəb oldu. Belə ki, hazırda erməniəsilli sakinlərin könüllü olaraq öz avtomobilləri ilə Ermənistan istiqamətində hərəkət etməsində tıxac səbəbindən müəyyən ləngimələr var. Şuşa polisi tıxacda qalan erməniəsilli sakinlərə su paylayır, həmçinin, onların təhlükəsiz və maneəsiz hərəkət etməsi üçün işlər görülür.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Qarabağda erməni sakinlərinə öz vətəndaşları kimi yanaşır, onların hər hansı bir probleminin həllinə çalışır. Hədəf onların Azərbaycana reinteqrasiyasına nail olmaq, birgəyaşayışı təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi