Yuxarı
    Bağlamaq

    Proqnoz: Neftin ucuzlaşması davam edəcək

    Brent markalı neftin qiyməti 40-45 dollar/barelə kimi geriləyə bilər

    Bakı. 26 may. REPORT.AZ/ Neft qiymətləri dünən, may ayının 25-də 5%-ə yaxın azalma göstərib. "Report"un analitik qrupu xəbər verir ki, buna səbəb kimi OPEC və ona üzv olmayan 11 ölkənin neft hasilatının azaldılması ilə bağlı mövcud anlaşmanı investorlar tərəfindən mənfi variant şərtləri ilə qəbul etməsi olub. Belə ki, neft qiymətlərinin artması üçün mövcud anlaşmanın uzadılması ilə bərabər hasilatın bir qədər də azaldılması lazım idi. Lakin, dünənki sammitdə bu, baş verməyib.

    İndi neft bazarı iştirakçıları və investorları ən çox maraqlandıran sual neftin qiymətinin hansı səviyyəyə qədər geriləyə bilməsidir. Analitik qrup hesab edir ki, neft qiymətləri yaxın aylarda ABŞ-da aktiv neft quyularının sayının sabitləşməsinə qədər geriləyəcək. Xatırladaq ki, son aylarda 45-58 dollar/barel diapazonunda dalğalanan "Brent" markalı neft ABŞ-da aktiv neft buruqları və hasilatın artmasını təmin edib. Hətta neftin qiymətinin 50 dollar/bareldən bir qədər aşağı enməsi də ABŞ-ın neft bazarında aktivliyi azalda bilməyib.

    "Report"un analitik qrupu hesab edir ki, ABŞ-da neft hasilatının sabitləşməsi üçün "Brent"in qiymətinin 40-45 dollar/barelə qədər geriləməsi mümkündür: "Yaxın aylarda qiymətlərin bu səviyyəyə qədər enməsi proqnozlaşdırılır. Əlbəttə, neft hasil edən əksər ölkələrdə siyasi qeyri-stabillik qısamüddətli də olsa, neft qiymətlərinə təsiri istisna edilmir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi