Proqnoz: Rusiyada məzənnə sabitliyi yaxın 6 ayda davam edəcək

Proqnoz: Rusiyada məzənnə sabitliyi yaxın 6 ayda davam edəcək Rusiya iqtisadiyyatında dayanıqlı artım üçün köklü islahatlara ehtiyac var
Analitika
18 İyul , 2017 11:37
Proqnoz: Rusiyada məzənnə sabitliyi yaxın 6 ayda davam edəcək

Bakı. 18 iyul. REPORT.AZ/ Rusiyada ABŞ dollarının rubla qarşı məzənnəsinin yaxın 6 ay ərzində 57-62 RUB/USD diapazonunda sabit qalacağı proqnozlaşdırılır. "Report"un analitik qrupu bildirir ki, 2017-ci il Rusiya iqtisadiyyatı üçün minimal da olsa, iqtisadi artım ili olacaq. Belə ki, Rusiya Bankı (Mərkəzi Bank) və İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, bu il ÜDM-də 1-1,5% artım gözlənilir. Həmçinin, rublun məzənnəsinin sabitliyi neft qiymətlərinin 40-55 dollar/barel səviyyəsində qalması ilə dəstəklənəcək.

Növbəti ildə isə OPEC+ anlaşmasının sona çatması və ABŞ başda olmaqla bir sıra neft ölkələrinin hasilatı artırması səbəbindən neft qiymətlərində azalma gözlənilir. Neft qiymətlərində azalma 2018-ci ildə Çin iqtisadiyyatında gözlənilən yavaşlama ilə daha da sürətlənə bilər. Liviya, Nigeriya, Qazaxıstan və Kanada kimi ölkələrin hasilatı artırması bazarda neft təklifini genişləndirəcək.

Bununla yanaşı, Rusiya Bankının uçot dərəcəsini azaltmağa davam etməsi fonunda bu ölkənin maliyyə bazarından xarici investorların tədricən uzaqlaşacağı ehtimal edilir. Belə ki, faizlərin azalması və rublun ucuzlaşması xarici investorların qazanc mənbəyi olan "carry-trade" əməliyyatlarının sona çatması ilə nəticələnəcək. Yəni, xarici investorlar üçün yüksək faiz və möhkəmlənən rubldan əldə etdikləri qazanc dönəmi sona çatacaq. Bu da nəticədə valyutaya tələbi bir qədər də artıracaq.

Rusiya hökumətinin iqtisadiyyatda hələ də islahatlar aparmaq niyyətində olmaması neft qiymətlərinin yenidən düşməyə başlaması durumunda maliyyə böhranının davam etməsi, iqtisadi yyatın geriləməsi ilə nəticələnəcək. Bu prosesin yaxın illərdə davam etməsi gözlənilir. Belə ki, yaxın 5-8 il ərzində neftin qiymətlərində ciddi artım proqnozlaşdırılmır. Qeyd edək ki, son illərdə Rusiyadan nisbətən imkanlı və savadlı insanların Qərbə axını davam edir. Bu amil onsuz da demoqrafik problemlərlə üzləşən Rusiyanı daha çətin vəziyyətə sala bilər.

Son xəbərlər

Orphus sistemi