Politoloq: ""İslam terrorizmi" adı altında baş verən cinayətlər qınanır, erməni terrorizmi isə yox" - ŞƏRH

Politoloq: ""İslam terrorizmi" adı altında baş verən cinayətlər qınanır, erməni terrorizmi isə yox" - ŞƏRH "Fransa Ermənistanı Cənubi Qafqazda etibarlı müttəfiqi kimi görür"
Analitika
13 Yanvar , 2015 15:46
Politoloq: İslam terrorizmi adı altında baş verən cinayətlər qınanır, erməni terrorizmi isə yox - ŞƏRH

Bakı. 13 yanvar. REPORT.AZ/ Fransanın erməni terrorunu "başa düşməsi" xristian həmrəyliyi hissinin səhv dəyərləndirilməsilə bağlıdır. Bu barədə politoloq Rasim Ağayev "Report"a bildirib.

"Fransa höküməti hər zaman terrorçuların istəklərinə "anlayışla" yanaşıb", - deyə, R.Ağayev, Fransada son hadisələr fonunda fransız hökumətinin erməni terrorçularına qarşı mövqeyini şərh edərkən qeyd edib. 

O, 1981-ci ildə ASALA erməni terror  hərəkatının üzvü Monte Melkonyanın Türkiyə səfirliynə hücum etdiyinə görə Fransada həbs olunması və  sonradan onun vaxtından əvvəl azadlığa buraxılmasını xatırladıb. "Onu Ermənistanda milli qəhrəman elan etdilər. Fransa isə buna görə Ermənistana etirazın bildirmədi, axı o Fransa məhkəməsi tərəfindən qəbul edilən cinayət törətmişdi", - politoloq qeyd ediib.

Onun fikrincə, bu dəstəyin səbəbi xristian həmrəylik hissinin səhv dəyərləndirilməsi ilə bağlıdır.

Bununla yanaşı ekspert vurğulayıb ki, bu dəstək Fransanın və ümumilikdə Qərbin rəsmi siyasətinə tam uyğundur. Onlar Sovet İttifaqında vəziyyəti qarışdırmaq üçün Ermənistanı əvvəlcə silah kimi görürdülər.  "İndi onlar Ermənistanı Cənubi Qafqazda etibarlı müttəfiq kimi görür, onun vasitəsilə bir çox qlobal məsələlərə bir qədər fərqli yanaşması olan Türkiyə, Azərbaycan və Gürcüstana təsir etmək istəyirlər", - R.Ağayev deyib.

"Bütün dünya ilə birgə Parisdə jurnal redaksiyasında çalışan jurnalistlərin ölümü ilə bağlı başsağlığı verərkən, terror aktının səbəbkarı kimi həm də Fransa tərəfindən dəstəklənən rəsmi siyasətin də rolunu inkar etmək olmaz", - politoloq vurğulayıb.  

Onun fikrincə, Fransanın bu gün qarşısını ala bilmədiyi terrorizmin səbəbi rəsmi Paris tərəfinfən terrorizm ilə bağlı ikili standartların tətbiqi ilə bağlıdır. "İslam terrorizmi qınanır, erməni terrorizmi isə yox. Maraqlı yanaşmadır, çünki terrorçilar və cinayətkarların milliyəti olmur", - ekspert qeyd edib.

O Fransanın Liviyaya qarşı siyasəti və fransız ordusunun Malini işğal etməsini də xatırladıb. 

"Bütün bunlar ərəb dünyasının hiddətinə səbəb olub. İstənilən terror aktını və xüsusilə də Fransanı şoka salan bu zorakılıq aktını qınayaraq, etiraf etməliyəm ki, Fransa və ABŞ öz qlobal siyasətlərində terrorizmin yayılmasına meyillidirlər. 

Anlamaq lazımdır ki, bu gün bir qrup şəxslərə hansısa bir tərəfə atəş açacağına ümid edərək silah veriləndə, sabah həmin qrup digər tərəfə də atəş aça bilər. Elə bu da baş verdi", - Rasim Ağayev qeyd edib. 

Son xəbərlər

Orphus sistemi