Politoloq: "ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ danışıqlarında fəallıq göstərmirlər" - RƏY

Politoloq: "ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ danışıqlarında fəallıq göstərmirlər" - RƏY ATƏT-in Minsk qrupunun danışıqlara dair verdiyi bəyanatlardakı nikbinlik ovqatı həqəqtdə təsdiqini tapmır.
Analitika
21 İyun , 2019 15:04
Politoloq: ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ danışıqlarında fəallıq göstərmirlər - RƏY

"ATƏT-in Minsk qrupunun danışıqlara dair verdiyi bəyanatlardakı nikbinlik ovqatı həqəqtdə təsdiqini tapmır".

Bunu “Report”a Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Vaşinqton danışıqlarının nəticələrini şərh edən politoloq İlqar Vəlizadə bildirib.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşün yekunlarına dair verdikləri bəyanatların mətnində tərəflərin Paris və Moskva görüşləri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirə aparıldığına dair qeyd diqqəti cəlb edir. Bildiyimiz qədər hər iki görüşdə humanitar addımlarla bağlı silsilə məsələlər müzakirə olunub. O cümlədən jurnalist mübadiləsi, əsir və girovların yanına yaxınlarını buraxmaq kimi məsələlərlə bağlı danışıqlar aparılıb. Xatırladım ki, Azərbaycan tərəfi bu məsələni geniş mənada izah edərək, məsələn, bütün girovları dəyişdirmək təklifini irəli sürmüşdü. Ermənistan tərəfi isə göründüyü kimi, yalnız əsir və girovların yanına ailə üzvlərini buraxmaq məsələsinə razılıq verib”, – politoloq qeyd edib.

ATƏT-in Minsk qrupunun danışıqlara dair verdiyi bəyanatlardakı nikbinlik ovqatı həqəqtdə təsdiqini tapmır

İlqar Vəlizadə

Политолог Ильгар Велизаде:

İ.Vəlizadə nazirlər arasında əldə olunan razılaşmaların həyata keçirilməsi müzakirə edilərkən Azərbaycan tərəfindən bu istiqamətdə hər hansı irəliləyişin qeydə alınmadığını dilə gətirib: "Əksinə, cəbhə xəttində qarşı tərəfin daha çox hərbi təlimlər keçirdiyi və təxribatlar törətdiyi, eyni zamanda Ermənistan siyasi və hərbi rəhbərliyi tərəfindən sərt bəyanatlar verildiyi diqqət çəkir". 

Bununla bağlı politoloq həmçinin “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın “Çelsi” ilə Bakıdakı oyununa gəlməməsini, Ermənistan baş naziri Nikol Paşinyanın da bundan məmnun qaldığını açıq-aşkar ifadə etdiyini xatırladıb.

Təəssüf ki, Minsk qrupu həmsədrlərinin zəif fəaliyyəti göz qabağındadır. Məncə, bu razılaşmaların əldə olunmasında iştirak edən həmsədrlər ən azı humanitar addımların həyata keçirilməsinə törədilən əngəllərlə bağlı daha konkret mövqe bildirməli idilər

İlqar Vəlizadə

Политолог Ильгар Велизаде:

Politoloq həmsədrlərin keçirilən danışıqlara dair verdiyi bəyanatlarda özünü büruzə verən nikbinliyin həqiqətdə təsdiqini tapmadığını, çünki bu cür diplomatiyanın hər hansı gerçək bəhrə vermədiyini diqqətə çatdırıb.

“Təəssüf ki, Minsk qrupu həmsədrlərinin zəif fəaliyyəti göz qabağındadır. Məncə, bu razılaşmaların əldə olunmasında iştirak edən həmsədrlər ən azı humanitar addımların həyata keçirilməsinə törədilən əngəllərlə bağlı daha konkret mövqe bildirməli idilər. Bu cür gərginliklər baş verərkən Azərbaycan tərəfinin erməni təxribatlarına qarşı hədsiz təmkinli davranışını qeyd etməliyik. Əvvəlki illərdə Azərbaycan belə təhriklərə daha sərt cavab verərdi. Ermənistan rəhbərliyi yalnız danışıqlar zamanı irəliləyişdə guya maraqlı olduqları barədə görüntü yaratmaqla məşğuldur”, – politoloq fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi