Yuxarı

​Polis nə istəyir? - RƏY

Cəmiyyət nə qədər ehtiramla yanaşsa da, ictimai qaydanın qorunmasında polisdən başqa heç kəsdən məsuliyyət tələb etmir

Cəmiyyət nə qədər ehtiramla yanaşsa da, ictimai qaydanın qorunmasında polisdən başqa heç kəsdən məsuliyyət tələb etmir

Bakı. 19 fevral. REPORT.AZ/ İctimai təhlükəsizlik bütün dövrlərdə həm xalqı, cəmiyyəti, həm də dövləti maraqlandıran məsələdir. Tarixdə tarixi hadisələr içərisində ən çox yer tutan bu məsələ, o qədər həssas məqamdır ki, müasir Azərbaycan cəmiyyətini səciyyələndirən mühüm xüsusiyyətlərdən birinə çevirilibDövlət, dövlətçilik, cəmiyyət tarixinin əsas xüsusiyyəti daha çox ondan asılıdır ki, etibarlı sabitlik olsun. Müasir zəmanənin, dövrün çağırış və təhdidləri ilə ayaqlaşan polis bu sabitliyin məsuliyyətini dərk edir, həm də öz vicdanı qarşısında dayanan birinci dərəcəli vəzifə hesab edir.

Еtibarlı sabitliyə nail olmaq bir tərəfdən asandır, digər tərəfdən də çətindir. Asandır, ona görə ki, indi hərtərəfli inkişaf üçün informasiya verən texniki imkanlar genişlənib. Çətindir, ona görə ki, cinayət və cinayətkarlıq meydanının ildən-ilə daralması, təhlükəli əməllərə meyilli olan insanları yeni və gizli yollar axtarışına məcbur edir. Bu da polisin qarşısında yeni tələblər qoyur. Ona görə ki, həyat yerində saymır - zəmanə, insanların fikri, zövqü, həyata baxışı dəyişir. Doğrudan da ictimai tərəqqi bəzən yavaş, bəzən sürətli, bəzən də sıçrayışlar şəklində özünü göstərir ki, bu da hər bir fərdin, eləcə də millətin psixologiyasında müəyyən dəyişikliklə, dönüşlə nəticələnir.

Cəmiyyət quruluşunun dəyişilməsi və texniki inqilablar dövründə üzə çıxan bu keyfiyyətlərə istiqamət vermək, mənəvi təkamülə, cəmiyyətin təhlükəsiz həyatda yaşamasını stimullaşdırmaq üçün polis nələrə hazır olmalıdır? Ötən ilin nəticələri, təhlil və ümumiləşdirmələri göstərir ki, qazanılan uğurlardan arxayınlaşmayan polis dövlətin qanuni mənafelərini cinayətkar qəsdlərdən qorunmasındа digər hüquq mühafizə orqanları ilə birgə məqsədyönlü tədbirləri davam etdirib, kriminogen durumu bütövlükdə nəzarətdə saxlayıb. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub. Ötən il 2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərərvurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4 faiz azalıb.

Cinayətlərin, eləcə də törədilən xətaların analitik təhlillərinə görə, Azərbaycan cəmiyyətində həyat səviyyəsinin yüksəlməsi özü ilə bir sıra problemlər gətirir ki, zəhmətsiz yaşamaq həvəsində olanlar meydana çıxır. Bəzən biri daha çox arzusundadır ki, onun dəbdəbəli evi, maşını və pulu olsun. Belələri üçün həyatın mənası ayrı məzmun daşıyır. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Bəzən belə düşünənlər zəhmət çəkməyi, əziyyətə qatlaşmağa heç cəhd də göstərmir. Bütün bu arzuların, yaxud xəyalların qarşısına sədd çəkən polisin əsas tələbi odur ki, ölkə vətəndaşları qanun əsasında yaşasın, başqasının hüquqları tapdanmasın, cəmiyyətin təhlükəsizliyi təhdid olunmasın...

Cəzanın labüdlüyü prinsipinin aşkar və kəskin olduğu ölkəmizdə insanların rahatlığına təminat verən dövlət siyasətinin əsas hədəfi ölkənin inkişafı və modernləşdirilməsidir. Cəmiyyət nə qədər ehtiramla yanaşsa da, ictimai qaydanın qorunmasında polisdən başqa heç kəsdən məsuliyyət tələb etmir. Təbiidir. Bu məsuliyyət qanunla polisə həvalə olunub. Polisin fəaliyyət prinsipləri və istiqamətləri ilə bağlı “Polis haqqında” Qanunda vurğulanır ki, polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. Fəaliyyətinin əsas istiqamətlərinə isə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi daxildir. Deməli, ancaq polis hər kəsdən bu prinsiplərdən irəli gələn hüquq, vəzifə və səlаhiyyətləri tələb etmək məsuliyyətini daşıyır. Həmin prinsplərə etinasız yanaşan insan barəsində, nə qədər məziyyətləri, müsbət cəhətləri olsa da, “qanunlara hörmət edir”, “ziyalıdır” deyə fikirləşmək nəinki çox çətindir,

hətta mümkün deyil. Niyə? Ona görə ki, cəmiyyətin, ayrı-ayrı fərdlərin subyektiv zövqündən, yaxud münasibətindən asılı olmayaraq, ictimai şüurda kifayət qədər obyektiv olan “ictimai mədəniyyət” təsəvvürü var ki, cəmiyyət inkişaf etdikcə həmin təsəvvür daha mükəmməl, daha pozulmaz olur. Çünki azərbaycanlı şüurunda da “ictimai mədəniyyət “təsəvvür-anlayışı o qədər “pasport”laşıb ki, rastlaşdığı hər hansı qayda pozuntusu, hətta xırda bir məişət səs-küyü onu narahat etdikdə, haqlı olaraq, polisi axtarır. Və maraqlıdır ki, heç bir cəmiyyətdə polis-vətəndaş münasibətləri normativ-hüquqi akt formasında şəkillənməyib. Ortaya aydın məntiq çıxır ki, polisə münasibətdə insanlara azadlıq verilib.

Nə qədər mübahisəli olsa da, polis bütün dövrlərdə cəmiyyətin arxalandığı etibarlı təşkilat olaraq, tarixdə tarixi hadisələr içərisində milli təəssübkeşliyi ilə seçilir. 

Faktlar, görülən işlər, əldə olunan uğurlar arxayınçılığa əsas vermədən onu diktə edir ki, ölkəmizdə ictimasabitlik etibarlı qorunur, zəhmətlə yaşayan insanların çiyinlərindədir.

Elşad Hacızadə

elshad-hacizade@hotmail.com

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi