Muzdlu döyüşçüləri cəlb etməklə Ermənistan beynəlxalq təhlükəsizliyi təhdid edir

Muzdlu döyüşçüləri cəlb etməklə Ermənistan beynəlxalq təhlükəsizliyi təhdid edir Ermənistan son döyüşlərdəki məğlubiyyətini gizlətmək üçün erməniliyin yuxarıda qeyd etdiyimiz anlayışlarından bəhanə olaraq istifadə edir
Analitika
5199
16 Oktyabr , 2020 16:54
Muzdlu döyüşçüləri cəlb etməklə Ermənistan beynəlxalq təhlükəsizliyi təhdid edir

Ermənistan adlı quruluş yaranandan oranın erməni etnik qrupundan olan sakinləri dünyaya özlərini məzlum olaraq təqdim etməyə çalışırlar.

Bu etnik qrupun ideoloqları türklərlə əhatə olunduqlarını və bu üzdən nəfəs belə almağa çətinlik çəkdiklərini car çəkməklə vəziyyətlərini təsvir etməyə cəhd göstərirlər. “Məzlum ermənilərin”, “yazıq erməni”, “ac-yalavac erməni” ifadələri ermənilik milli-ideologiyasının əsas anlayışlarındandır.

Bu anlayışlarla onlar dünyaya “əhatə olunduqları türklərin ucbatından nəfəslərini çəkə bilmədiklərini və ona görə də məzlum, yazıq, ac-yalavac vəziyyətə düşdüklərini” təbliğ edirlər.

Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqların azad olunması istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində üzləşdikləri məğlubiyyətlərini, acizliklərini və gücsüzlüklərini ört-basdır etmək üçün yenə köhnə havanı çalmağa, köhnə bayatını oxumağa başlayıblar.

Ermənistanın və havadarlarının təbliğat maşını dünya icitmaiyyətində belə təəssürat yaratmağa çalışır ki, guya Dağlıq Qarabağda hansısa erməni “quruluşu” var və Türkiyə ilə Azərbaycan da bu qondarma qurluşa qarşı müharibə aparır. Guya Ermənistanı da o saxtakarlar yardım etməyə imkan verilmir.

Bu ağ yalandır! Bu erməni şüvənidir!

Ermənistan son döyüşlərdəki məğlubiyyətini gizlətmək üçün erməniliyin yuxarıda qeyd etdiyimiz anlayışlarından bəhanə olaraq istifadə edir.

Ermənistandakı ermənilər həmişə ianə və yardımlar hesabına mövcud olublar. Dünyada kimin sədəqəsi varsa onu bu etnik qrupa göndərib. Bir çox hallarda ianə və sədəqə göndərmək adı altında daha böyük yardımlar edilir.

Son zamanlar isə Ermənistana “humanitar yardım” olaraq muzdlu döyüşçülər və terrorçular göndərilir.

Ermənistanın “yardım” adı altında muzdlu döyüşçülər cəlb etməsi və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Hətta ermənilər belə döyüşə getmək istədiklərinin gizlətmirlər. Döyüşdən qaçan erməninin yerindəcə fərari kimi güllələnməsi barədə qərar qəbul edilib. Oktyabrın 15-də isə separatçıların başçısı Araik Arutunyan Qarabağdan, döyüşdən erməni silahlısının qaçmasının qarşısını almaq üçün əlavə “qərar imzalayıb”.

Bir müddət əvvəl isə Qarabağda “könüllü döyüşçü” toplamaq bəhanəsi ilə bir “sənəd qəbul etmişdi”. Əslində bu sənədlə Ermənistan Qarabağda separatçılar “döyüşçü” toplayır.

Çünki 20 günlük döyüşdə Ermənistan silahlı qüvvələri minlərlə itki verib. Onların yerini doldurmaq üçün yeni qüvvə artıq yoxdur. Ölkə vətəndaşları övladlarını Qarabağda döyüşə göndərmək istəmir. Onlar müxtəlif yolla oğullarıənı döyüşdən yayındırmağa çalışırlar. Rəsmi Yerevan ölkə əhalisinə qarşı zor tətbiq etməkdən də ehtiyatlanır. Çünki bu təzyiq Ermənistan hakimiyyəti üçün daha başa gələr. Təzyiqlərdən bezən əhali işğal edilmiş torpaqlarda döyüşə getmək istəmədiklərini açıq-aşkar, kütləvi şəkildə etiraf edər. Bu isə hökumət böhranı yaradar, mövcud siyasi qüvvənin hakimiyyətinin bitməsi ilə yekunlaşar.

Belə hadisələrdən yayınmaq məqsədi ilə rəsmi Yerevan xaricdən muzdlu döyüşçü və terrorçu cəlbə etməyi daha sərfəli variant sayıb.

Rəsmi Yerevanın bu əməli dünya KİV-ində də öz əksini tapıb.

Bu günlərdə Fransanın “Liberation” qəzetində yenidən bu mövzuya toxunularaq belə bir fakt diqqətə çatdırılıb: “ Fransada yaşayan erməni, ASALA terror təşkilatının 64 yaşlı üzvü Jilbert Minasyan Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gəlib. Terrorçu Minasyan özü ilə Fransadan gətirdiyi muzdlu döyüşçülərlə birgə Qarabağdadır”.

Almaniyanın tanınmış “Der Freitag” qəzeti bir neçə gün əvvəl “PKK muzdlu döyüşçüləri Dağlıq Qarabağ münaqişəsində” başlıqlı məqalə dərc edib. Orada bildirilib ki, Ermənistan Suriya və İraqdan topladığı PKK terrorçularını işğal altında saxladığı Dağlıq Qarabağa yerləşdirir.

Başqa bir örnək. Misirli telejurnalist Əla Məğribi “Əl-Ğad” xəbər saytında dərc olunan məqaləsində qeyd edib ki, Livandan çoxlu sayda muzdlu döyüşçünü işğal etdiyi ərazilərə gətirən Ermənistanın əsas hədəfi mülki obyektlər və dinc əhalidir;

BBC teleradiosu və Rusiyanın “Novaya Qazeta” mətbu orqanının jurnalistlərinin hazırladıqları materiallarda Ermənistan tərəfindən Dağlıq Qarabağa gətirilmiş muzdlu döyüşçülərlə birbaşa ünsiyyətdə olaraq, onların fikirlərinə yer ayırıblar.

Ermənistan terrorçu “humanitar yardımı” mövzusuna yenidən toxunan rusiyalı jurnalist Sergey Leonov “ura.ru” informasiya agentliyində dərc olunmuş araşdırma yazısında təsdiq edib: “ Ermənistan Dağlıq Qarabağda döyüşmək üçün muzdlu döyüşçülərin cəlbi istiqamətində indi də intensiv fəaliyyət göstərir”. Leonov xatırladıb ki, Ermənistan bundan əvvəl də eyni təcrübədən istifadə edib: “Birinci Qarabağ müharibəsi zamanı Yəməndən Qarabağa gələn məhşur terrorçu Monte Melkonyan buna ən real nümunədir”.

Muzdlu döyüşçülər və terrorçuların toplanmasında erməni diasporu, ictimai təşkilatları və lobbisi daha artıq fəallıq göstərir. Məsələn, “VoMA Center” erməni ictimai təşkilatı aktiv şəkildə belə muzdlu döyüşçülərin toplanmasını həyata keçirir. Onlar bunu (http://www.voma.center/#m247) “ehtiyat ordu” yaratmaq istədikləri ilə izah edirlər.

Ümumrusiya erməniləri birliyinin rəhbəri Ara Abrahamyan və Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan da xüsusi fəallıq göstərir. Belə muzdlu döyüşçülər toplamaqla erməni diasporu Rusiya qanunlarını kobud şəkildə pozur. Onlar RF Cinayət Məcələsinin 208-ci maddəsinə əsasən, ölkə xaricində silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştirak etmək 15 il azadlıqdan məhrum edilməklə cəzalanar.

Muzdlu döyüşçüləri cəlb etməklə Ermənistan təkcə Azərbaycan üçün deyil eləcə də bir çox digər dövlətlər, beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Bundan başqa terrorçuların və muzdluların Azərbaycana işğalçı ermənilər tərəfindən döyüşmək üçün gələməsinə göz yuman dövlətlər egionda Azərbaycanla hibrid müharibə aparır. Bu hibrid müharibədə “məzlum” ermənilərə terrorçu və muzdlu ilə “humanitar yardım” olunur.

Son xəbərlər

Orphus sistemi