Azərbaycana qarşı fəaliyyət göstərən anti-Azərbaycan dəstə, antimilli ünsürlər öz ampluasındadır. Dövlətə, xalqa qarşı şər böhtan dolu kampaniyasını davam etdirirlər. Vətənpərvərlikdən, milli mənəvi dəyərlərdən qat-qat uzaq olan bu şəxslər hər fürsətdə dövlətimizin, xalqımızın maraqlarına qarşı çıxıb, xəyanətkarcasına davranış sərgiləmələri Azərbaycan ictimaiyyəti tərəfindən kəskin reaksiyalarla qarşılandı. Sosial şəbəkələrdə və s. yerlərdə Azərbaycana qarşı hədyanlar yağdırır, erməni lobbisindən aldıqları vəsaitlərə uyğun çirkin təbliğat və qarayaxma kampaniyasını həyata keçirirlər. Özlərini müharibə əleyhdarları adlandıraraq, milli hissdən məhrum olduqlarını nümayiş etdirirlər. Sosial şəbəkələrdə özünü aktiv istifadəçi kimi qələmə verən bu dəstə üzvləri erməni sevgisi yenə “qıcqırıb”.
“No War”çılar kimi tanınan təxribatçı dəstə hər zaman guya sülh tərəfdarı, müharibə əleyhdarı kimi göstərməyə çalışaraq ölkəmiz üçün kritik dövrlərdə əsasən erməniləri müdafiə edib, işğala dəstək verib və Qarabağdakı separatçı hərəkatı dəstəkləyiblər. Bu dəstənin ən parlaq siması Qiyas İbrahimov adlı bu oğlan olsa da, əsas dövrlərdə Bəhruz Səmədov adlı erməni sevdalısı heç də ondan geri qalmayıb. Özlərini liberal dünya görüşünün təmsilçisi kimi təqdim edən, hər fürsətdə milli özünəməxsusluğu, dəyərləri təhqir edib aşağılayanların sırasında Cavid Ağa, onunla eyni dünya görüşünü, təxribatçı xarakteri daşıyan Səməd Şıxı da var. Əminliklə deyə bilərik ki, sülhsevərlik, tolerantlıq kimi ümumbəşəri pozitiv dəyərləri yorulmadan istismar edən sözügedən dəstənin əsl mahiyyəti bəllidir. Bu fəaliyyət birmənalı olaraq anti-Azərbaycan milli kimliyə, milli mentalitetə və suveren inkişafa qarşı fəaliyyətdir. Onlar hər məqamda bu hədəflərinə çatmaq üçün müxtəlif hadisələrdən təxribatçılıq niyyəti ilə istifadə ediblər.
Ən təhlükəlisi odur ki, Səmədov ictimai qaydada, sosial şəbəkələrdə anti-Azərbaycan fəaliyyəti və erməni işğalçılarına, separatçılara dəstəyi təəssüf ki, yalnız sözdə - statuslarda, çıxışlarda, diskussiyalarda qalmayıb. Müəyyən edilib ki, o 2020-ci ildən, yəni Vətən Müharibəsi dövründən başlayaraq Ermənistanın xüsusi xidmət orqanlarının nümayəndələri və onlarla əməkdaşlıq edən həmin ölkənin vətəndaşları ilə də təmaslara keçib. Onlardan bəziləri İrina Safaryan, Lilit Şahverdiyan, Sossi Tatikyan və başqaları olublar. Adlarını çəkdiyimiz şəxslərdən Lilit Şahverdiyanın üzərində xüsusi durmağa ehtiyac var. Azərbaycanın vaxtı ilə işğalda olan Qarabağ bölgəsindən olan bu qızcığaz Parisdə siyasi araşdırmalar İnstitutunda magistr təhsili alıb. Hətta onu sözügedən İnstituta qəbulu münasibətlə öz “X” hesabında Fransanın Ermənistandakı səfiri Olive Dekotini də təbrik edib. Dekotininin Lilit Şahverdiyana xüsusi münasibəti də maraq doğurur. Nəzərə alsaq ki, Ermənistan Xüsusi Kəşfiyyat Xidməti məhz Fransa tərəfindən qurulub və inkişaf etdirilir, o zaman Lilitin Ermənistan xüsusi xidmət orqanlarına təsadüfən cəlb olunmadığı aydın olur. Adıçəkilən Bəhruz Səmədov qonşu dövlətdən aldığı tapşırığına həmsərhəd rayonlarımızda və Qarabağ iqtisadi rayonunda baş verən vacib proseslər barədə məlumatlar toplayaraq həmin şəxslərə təqdim edib, həmin tapşırıqların yerinə yetirilməsi qaydasında Azərbaycan ərazisində milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış dezinformasiya və təxribat xarakterli məlumatlar hazırlayaraq sosial şəbəkə platformalarındakı müxtəlif hesablarında paylaşıb. Ermənistan kəşfiyyatına işləyən İrina Safaryanla vatsap mobil tətbiqi vasitəsi ilə apardığı yazışmalar zamanı Safaryana Qarabağ və digər regionlarda cərəyan edən proseslər, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin geriqayıdışı ilə bağlı vəziyyət, həmçinin həmin ərazilərdə aparılan inşaat işləri və başqa mövzularda məlumat toplayıb göndərmək tapşırığı alıb. Bəhruz Səmədov isə həmin tapşırıqlara uyğun olaraq mümkün olan bütün məlumatları toplayaraq İrina Safaryana göndərib. Lilit Şahverdyanın “Lilit Stepanakert” adlı teleqram kanalı ilə apardığı yazışma zamanı isə Şahverdiyandan konkret tapşırıq alan Bəhruz Səmədov, ona şəkili göndərilən Azərbaycan vətəndaşı barədə məlumatlar toplayaraq Ermənistan tərəfə ötürməklə Azərbaycan əleyhinə, düşmənçilik məqsədi ilə xarici dövlətə casusluq etmiş, xarici dövlətin təşkilat və nümayəndələrinə kömək göstərməklə ölkəmizə xəyanət edib.
Bundan əlavə Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və bölgədə baş verən diqqətçəkən proseslər, həmçinin Azərbaycandakı radikal dini cərəyanlar, o cümlədən “Hüseyniyyun” cinayətkar birliyinin fəaliyyəti və üzvləri barəsində məlumat toplamaq tapşırığı aldığı Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Yegiya Taşjyan adlı şəxsə onun tapşırığına uyğun topladığı geniş informasiyanı təqdim edib. Qeyd olunan konkret əməllərin araşdırmalar nəticəsində ifşasından sonra Bəhruz Səmədov həbs edilib. Onun ölkəmiz əleyhinə fəaliyyəti yalnız qeyd etdiklərimizlə kifayətlənməyib. Erməni diasporu tərəfindən Praqada anti-Azərbaycan tədbirində iştirak edib. Ermənistanın maraqlarına xidmət edən və ölkəmiz əleyhinə yönələn fikirlər səsləndirib .
Araşdırmalar zamanı məlum olub ki, Bəhruz Səmədov “Bakı Araşdırmalar İnstitutunun” rəhbəri, Bakı Dövlət Universitetinin sabiq müəllimi, son illər xaricdə yaşayaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Altay Göyüşovun təşəbbüsü ilə Qərb dövlətlərindən birinin xüsusi xidmət orqanları tərəfindən idarə olunan “Demokratiyaya Milli Dəstək Fondunun”, yəni NED-in əməkdaşı Dauvel Ostin Elsvorsla 15 aprel 2024-cü il tarixdə Praqa şəhərində görüş keçirmiş və Azərbaycan Respublikasının dövlət siyasəti əleyhinə birlikdə fəaliyyət razılığı əldə ediblər.
Bu məqamda Altay Göyüşovun kimliyini və mahiyyətini xatırlatsaq yerinə düşər. Bu, o şəxsdir ki, hər zaman Azərbaycan dövlətini və onun ordusunu zəif göstərməyə çalışıb, Azərbaycanın öz torpaqlarını işğaldan azad edə bilməyəcəyini aşılayaraq cəmiyyəti təslimçiliyə kökləməyə çalışıb. Bəli, Bəhruz Səmədovu Altay Göyüşovun nə üçün bu qədər dəstəklədiyi də gün kimi aydın olur. Bu ilin 21 iyununda tarixlərində Avropa İttifaqının maliyyə dəstəyi ilə Böyük Britaniyanın Mançester şəhərində keçirilmiş Azərbaycanla Ermənistan arasında mövcud vəziyyəti əks etdirən “Araz” konfransı çərçivəsində Bəhruz Səmədov və Altay Göyüşov yenidən görüşüb, Göyüşov Bəhruzu “NED”- in digər əməkdaşı Gürcüstanda fəaliyyət göstərən Ben Dubovla əlaqələndirmişdir. Sonradan Bəhruz Səmədov 17 iyul 2024 -cü il tarixdə Dubovla birlikdə Gürcüstanda keçirdiyi görüşdə NED -in nümayəndələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın dövlət hakimiyyətinin beynəlxalq aləmdə nüfuzdan salınması və mövqelərinin zəiflədilməsi məqsədi ilə ölkədə cərəyan edən ictimai-siyasi proseslər, bu ilin sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərinə hazırlıqlar, namizədliyini vermiş şəxslər, müxalifətin mövcud vəziyyəti, hökumətin mümkün müdaxiləsi, dırnaqarası siyasi məhbuslar, Azərbaycan Prezidentinin gücü, plan və niyyətləri barədə məlumatlar təqdim edib.
Bəhruz Səmədovun Almaniyanın “Heinrich Böll” fondunun Cənubi Qafqaz regionu rəhbəri Almaniya vətəndaşı olan Sonya Şiffersə qərəzli anti-Azərbaycan materialları təqdim etdiyi, COP 29 ərəfəsində ölkəmiz əleyhinə planlaşdırılan bir sıra fəaliyyətlərdə əməkdaşlığa razılıq verdiyi məlum olub. Həmçinin, Bəhruz Səmədov “EurasiaNet” xəbər portalının katibi Jastin Burkenin tapşırığı və ödədiyi pul hesabına sözügedən saytda Azərbaycan əleyhinə təxribatçı və qərəzli materiallar yazıb, COP29 tədbirindən əvvəl, bu ilin oktyabr ayında ölkəmiz əleyhinə qara piar kampaniyası aparmağa razılıq da verib. Onu da qeyd edək ki, “EurasiaNet” portalı birbaşa Soros fondundan maliyyələşir və bu resursun anti-Azərbaycan fəaliyyətə həvəsli olmasının kökü də məhz buradan qaynaqlanır.
Xocalı faciəsini soyqırımı hesab etməyərək ermənilərin haqlı olduğunu beynəlxalq aləmdə açıq şəkildə bəyan edən, 2020-ci ilin oktyabr ayında “Caucasus Talk” və 2022- ci ilin sentyabr ayında “Bright Garden Voices” dırnaqarası sülh platformaları tərəfindən hazırlanmış, müharibənin dayandırılmasını tələb edən və Azərbaycanı işğalçı dövlət adlandıran qərəzli bəyanatlara imza atan Bəhruz Valeg oğlu Səmədov 29 aprel 1995-ci ilsə Bakı şəhərində anadan olub. Hər iki valideynini narkotik maddələrdən istifadə ediblər. Onun valideynləri 2002-ci ildə boşanıblar. Anası 2013-cü ildə psixi problemlər səbəbindən intihar edib, atası isə narkotik vasitələrin təsirindən 2021-ci ildə ölüb. Bəhruz Səmədovu ana nənəsi, ətrafında radikal müxalif dünya görüşlü biri kimi tanınan Zibeydə Osmanova himayə edib. Beləliklə, antimilli, erməni lobbisi və Qərbdən maliyyələşən ölkədə sabitliyi pozmağa, millətinə və dövlətinə qarşı olan dərin, ətürpərdici nifrətdən irəli gələn fəaliyyətədir. Hər vəchlə də Azərbaycanın uğur və nailiyyətlərinə kölgə salmağı hədəfləyiblər. Lakin bütü səyləri kimi bu də nəticəsiz qalacaq.
“Report” analitik qrup