Mərkəzi banklar maliyyə böhranına səbəb olacaq - ANALİTİKA

Mərkəzi banklar maliyyə böhranına səbəb olacaq - ANALİTİKA Mənfi faiz dövrü çox davam edə bilməz
Analitika
23 Sentyabr , 2016 11:31
Mərkəzi banklar maliyyə böhranına səbəb olacaq - ANALİTİKA

Bakı. 23 sentyabr. REPORT.AZ/ Dünyanın mərkəzi banklarının maliyyə bazarlarına ötürdükləri əlavə vəsait maliyyə aktivlərinin həddindən artıq şişməsinə və müəyyən müddətdən sonra böhrana səbəb ola bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, sentyabrın 21-də Avropa Mərkəzi Bankı (ECB) maliyyə bazarlarına verdiyi uzunmüddətli kreditlər çərçivəsində (TLTRO) hərrac yolu ilə, banklara 0% dərəcəsi ilə 46,2 mlrd. avro ayırıb. 

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) isə uçot dərəcələrini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb ki, bu da maliyyə vəsaitlərinin yenidən riskli aktivlərə doğru axmasına səbəb olub. Nəticədə, ABŞ və Avropa ölkələri başda olmaqla bütün ölkələrin maliyyə alətlərinə maraq artıb. Hazırda investorlar mərkəzi bankların mövcud siyasətini nəzərə alaraq bütün dünya üzrə istənilən riskli aktivə yatırım etməyə razıdır. Amma o da nəzərə alınmalıdır ki, dünya iqtisadiyyatında artım yavaşlama mərhələsinə daxil olub. Korporativ mənfəətin azalmasına baxmayaraq, fond birjaları tarixlərinin maksimal həddinə çox yaxındırlar. Bu da yaxın zamanlarda riskli aktivlərin qiymətini kəskin azalmasına, qlobal böhrana səbəb ola bilər.

"Report"un analitik qrupu hesab edir ki, mərkəzi bankların iqtisadi stimullaşdırma proqramı çərçivəsində monetar ekspansiya limiti bitdiyindən, uçot dərəcələrinin artırılmasına başlandığındna dünya qlobal böhranla üz-üzə qalacaq. Xatırladaq ki, Avropa, Yaponiya və bir sıra digər ölkələrdə mənfi faiz dərəcələri hökm sürür. Bu da bank və sığorta sisteminin zərərlə işləməsinə gətirib çıxarır. Yəni, mənfi faiz dövrünün uzun sürməsi mümkün deyil. Başqa sözlə, yaxın gələcəkdə fond birjalarındakı aktivlərin, daşınmaz əmlakın və qızılın qiymətinin sərt azalması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi