Mehriban Əliyeva – Qalib əsgərin anası

Mehriban Əliyeva – Qalib əsgərin anası Mehriban xanım Əliyevanı doğum günü münasiətilə təbrik edir, Azərbaycan adına yeni uğurlar arzulayırıq!
Analitika
26 Avqust , 2021 10:53
Mehriban Əliyeva – Qalib əsgərin anası
Mehriban Əliyeva

Qarabağın işğaldan azad edilməsi Azərbaycan vətəndaşlarının 30 illik arzusu idi. İşğalçı davranışı və ritorikasına görə erməniləri yerində oturtmaq Azərbaycanın 100 illik istəklərindən olub. Bu arzu və istək 2020-ci il noyabrın 10-da rəsmi İrəvanın kapitulyasiya bəyanatına imza atıb, işğalçı ordusunu Qarabağdan çıxarması ilə reallaşdı.

Həm sözdə, həm əməldə

Qələbə günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindən sonra Birinci vitse-prezident Mehriban Əliyeva Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik etdi.

Mehriban Əliyeva
Mehriban Əliyeva

Təkcə təbrikdəki sözləri ilə deyil, həm də Vətən müharibəsi vaxtı əməlləri ilə Mehriban xanım Əliyevanın milli adət-ənənəyə uyğun olaraq savaşda həyat yoldaşının və xalqının, ölkəsinin yanında durduğunu, dövlət xadimi, ictimai xadim, ana və məsuliyyətli vətəndaş olduğunu göstərdi.

Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunan rayonlara səfər etməsi və müharibədən sonrakı bütün gördüyü işlər, göstərdiyi həssaslıqlar da bunu təsdiqləyən faktlardandır.

Onun qazilərlə görüşdə kövrəlməsindən tutmuş, işğaldan azad olunan ərazilərdə çəkib instaqramda paylaşdığı videolara qədər, heç kimin yadından çıxmayacaq.

Qarabağda abidələr, məscidlər bərpa edilir

Bəli, torpaqlar işğalçılardan təmizlənib. Azərbaycanın bu ərazilərində yeni yollar, elektrik xətləri çəkilir, torpaqlar şumlanır, kənd təsərrüfatı dirçəlir və... abidələrimiz bərpa edilir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu birbaşa onun göstərişləri, tapşırıqları və nəzarəti altında Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihələrə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

Bizi qarşıda Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin ucaldılması, Molla Pənah Vaqifin məqbərəsinin bərpa edilməsi (hazırda bərpa işləri görülür), Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin təmirli vəziyyətini görmək gözləyir. Habelə, Yaradıcılıq Mərkəzi, Rəsm Qalereyası və Xalçaçılıq Qalereyasının təmir-bərpa işləri həyata keçirilir. Ağdam rayonunda da dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə işlərə artıq başlanılıb...

Sözsüz cavab və ya Anna Akobyanın ürəyinə çəkilən Cıdır dağı

Hə, bir də müharibədən əvvəl baş verənlər vardı... Mehriban Əliyevanın müharibədən əvvəl etdiklərini sadalamaqla bitməz. Lakin onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada Xarıbülbül festivalı təşkil etməsi təkcə düşmənə gözdağı verən, dostları sevindirən addım deyildi. Bu, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akobyana verilən, sözün əsl mənasında, sözsüz bir cavab idi. Hə, doğrudan da heç bir söz işlədilmədən, təvazökar, kübarcasına verilən cavab oldu. Düzdür, Azərbaycan istənilən halda Şuşada festivallar, müxtəlif tədbirlər keçirəcəkdi, keçirdi və bundan sonra da keçirəcək. Bu festival hansısa Annaya görə keçirilmədi. Amma və lakin 2019-cu ildə "Mehriban Əliyevanın arzusu Qarabağda gözəl muğam dinləməkdir. Biz ona qonaq qismində gözəl bir muğam təqdim edə bilərik", - deyən Anna Akobyana bundan gözəl cavab ola bilməzdi (Xarıbülbül festivalından sonra Ermənistan cəmiyyəti də Anna Akobyanı sərt tənqid etdi).

Yeri gəlmişkən, Xarıbülbül musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısını birgə ifası ilə yekunlaşdı. Konsert bitəndən sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söylədi. Bu, Azərbaycanın dostlarına sevindirən ismarış, düşmənlərinə, o torpaqlara uzanıb foto çəkdirən "annalara" gözdağının kulminasiya nöqtəsi oldu.

Şəhid ailələrinə nəvaziş, qazilərə qayğı

Mehriban Əliyeva şəhid ailələri və qazilərə qayğını Vətən müharibəsindən əvvəl də, müharibə zamanı da göstərirdi, indi də edir. Acı çəkən şəhid anaları və ailələrinin dərdini öz doğması qədər əziz tutur, nəvaziş göstərir, qazilərin bu və ya digər sosial problemlərilə maraqlanır. Onların problemlərinin həllinə təxirəsalınmaz yardım edilməsi barədə tapşırıqlar verir. Elə Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib. Bu barədə mətbuatdan, sosial şəbəkələrdən xəbər tutanlar istər-istəməz, Onun ünvanına alqış deyir.

Qalib dövlətin əsgərinin anası

Mehriban xanım budəfəki doğum gününü fərqli ovqatda qeyd edəcək. O, Qalib dövlət başçısının həyat yoldaşı, Qalib dövlətin Birinci vitse-prezidenti, Qalib dövlətin ordusunun əsgərinin anasıdır. Ağdamın işğaldan azad edilməsi münasibəti ilə onun paylaşdığı təbrik həm də bir duadır. Bu, öz yurdunu sevən Ananın bütün Azərbaycana duasıdır: “Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, Azərbaycan adına yeni uğurlar arzulayırıq!

Son xəbərlər

Orphus sistemi