Yuxarı

HASEN: Türk xalqının göstərdiyi qətiyyətli mövqe gələcəkdəki oxşar cəhdlərin önündə böyük maneə olacaq

Bu kimi xainlikləri nifrətlə qınayır və lənətləyirik

Bakı. 18 iyul. REPORT.AZ/ Xəzər Strateji Araşdırmalar İnstitutu (HASEN) iyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən hərbi çevriliş cəhdi barədə açıqlama yayıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir:

"İnstitutun bütün rəsmiləri adından Türkiyə Böyük Millət Məclisinə, eləcə də xalqın səsverməsi ilə seçilən qanuni hökumətə, millətə və demokratiyaya qarşı baş verən dövlət çevrilişi cəhdini, həmçinin millətə məxsus silahlarla dinc insanlara atəş açılması, təşkilatlara bomba atılması kimi xainlikləri nifrətlə qınayır və lənətləyirik.

Türk xalqı baş verənlərə göstərdikləri reaksiya ilə demokratiyanı nə qədər mənimsədikləri aşkar oldu. Türk xalqının bu çevriliş cəhdinə qarşı göstərdiyi qətiyyətli mövqe bundan sonra baş verə biləcək oxşar cəhdlərin də önündə böyük maneə olacaq. Belə ki, Türkiyə demokratik bir hüquq dövləti olaraq demokratiyaya qarşı çıxanlara öz layiqli cəzalarını mütləq verəcək.

Digər tərəfdən, demokratiyaya müdaxilə cəhdinə qarşı həm xalqın, həm də bütün siyasi partiyaların bir araya gələrək ortaq mövqe göstərməsi Türkiyə üçün ümidvericidir. Eyni zamanda, Türkiyənin ölkədə sosial və iqtisadi qeyri-sabitlik yaratmağa yönələn bu cür anti-demokratik aksiyalara itirəcək vaxtı yoxdur.

Çevrilişə cəhd zamanı həyatını itirən vətəndaşlara, təhlükəsizlik qüvvələrimizə Allahdan rəhmət, yaralı vətəndaşlarımıza təcili şəfalar diləyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi